AXI O MƏMURLAR KİMDİR? A- / A+
AXI O MƏMURLAR KİMDİR?

Arif MƏMMƏDLİ


Feysbukda apardığım müşahidələr deməyə əsas verir ki, Azərbaycan əhalisinin böyük əksəriyyətində məmurlara qarşı patoloji bir nifrət formalaşıb. Bu, olduqca təhlükəli bir tendensiyadır. Az qala ən kiçik bir məmur haqqında deyilən xoş söz belə aqressiya yaradır. İnsanların çoxu o xoş sözün altında dişlərinin dibindən çıxanı yazmağa hazırdır. Təbii ki, bu nifrət boşuna yarana bilməz və bunun səbəblərini məmurların özlərində, onların vətəndaşlarla davranışlarında axtarmaq lazımdır. Yoxsa insanlar onları səmimiyyətlə qəbul edib problemlərini çözməyə çalışan məmurlara niyə nifrət bəsləsinlər ki?

Artıq Azərbaycanda hansısa məmurun öz vəzifəsini vicdanla yerinə yetirdiyini kiməsə sübut eləmək 1 yerə 20 adamın sənəd verdiyi məsul bir vəzifəyə keçməkdən də çətindir. Çünki xalqın, dövlətin qarşısında böyük məsuliyyəti olan məmurlara inam hissi ölüb. Yüz arqumentinin qarşısına bircə deyim çıxaracaqlar: "Təmiz adam, vicdanlı adam, qanunları sevən adam o vəzifədə işləyə bilməz". Yanaşmanın absurdluğuna baxın. Bəs o vəzifədə (vəzifələrdə) kim işləməlidir?
Axı o məmurlar kimdir? Sənin atan, anan, qardaşın, bacın, əmin, dayın, xalan, bibin, kəndçin, məhəllə qonşun, sinif yoldaşın, tələbə yoldaşın, əsgərlik dostun və s. Siyahını istədiyiniz qədər uzatmaq mümkündür. Məmurlar öz köklərindən bu qədərmi uzaq düşdülər? Vəzifənin şirinliyinə bu qədərmi aldandılar? Bəlkə maaşı 400-500 manatı keçməyən məmurların qiyməti yüz minlərlə, milyonlarla ölçülən əmlakları insanlarda qıcıq yaratdı?

Kimdir günahkar? Ər evə 100 min manatlıq maşın gətirəndə arvad soruşdumu ki, bunu hansı pulla almısan? Əksinə, "filankəsin kişisi 200 min manatlıq maşın alıb, sən niyə 100 min manatlıq maşınını "gözümə soxursan"? - deyib narazılığını bildirdi bəlkə. Suallar o qədər çoxdur ki, adam içində itib-batar...
Fikrimi bircə cümlə ilə yekunlaşdırıram ki, xalqın nifrətini qazanmaq hesabına qazanılan milyonlar 1 qəpiyə dəyməz. Xalqın sevgisini qazanmağın isə qiyməti yoxdur. Hər kəs öz seçimində azaddır.

Tarix: 5-10-2016, 17:21



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu