“Danışıqlar prosesində Azərbaycan üstün mövqe qazandı” A- / A+
 “Danışıqlar prosesində Azərbaycan üstün mövqe qazandı”

Əlimərdan SULTANOV

Ermənilərin təmas xəttində atəşkəs rejimini dəfələrlə pozması, dinc sakinləri atəşə tutması Azərbaycanın Ermənistan qoşunlarına sarsıdıcı zərbəsi və işğal altında olan bir sıra əraziləri azad etməsi ilə nəticələndi. Əgər baş verən hadisələrə sistemli şəkildə yanaşsaq və həm hərbi, həm də diplomatik müstəvidə gedən müharibəni qısa şəkildə analiz etsək bir sıra maraqlı məqamları görə bilərik. Belə ki, ilk olaraq baş vermiş bu qısa müharibə ordumuzun mütəşəkkil, sistemli şəkildə idarə olunduğunu, ən müasir silahlarla silahlandığını, regionda ən güclü ordu olduğunu bir daha sübut etdi. Təsadüfi deyil ki, bu fakt hərbi əməliyyatların davam etməsi fonunda bir sıra xarici hərbi ekspertlər tərəfindən də qeyd edildi və müxtəlif xarici kütləvi informasiya vasitələrində vurğulandı. Qeyd edək ki, hərbi əmliyytaların baş verdiyi zamanda yeni hesabatla çıxış edən “Global Fire Power” təşkilatı son 2016-cı il üzrə “Hərbi gücün qlobal indeksi” adlı hesabatında Azərbaycanın mövqeyini irəli çəkdi, Ermənistan isə siyahıda kəskin şəkildə gerilədi.

Digər tərəfdən son bir həftə ərzində Azərbaycan və Ermənistan arasında baş verən qarşıdurma Cənubi Qafqazda hərbi baxımdan tam yeni bir vəziyyət yaratdı. Belə ki, bu son illər ərzində Azərbaycanın xarici ölkələrdən aldığı yeni texnlogiyalardan yüksək səviyyədə istifadəsini göstərdi, başqa bir tərəfdən isə düşmən ordusunun nə dərəcədə zəif olmasını müəyyənləşdirdi və ordumuza imkan verdi ki, erməni silahlı birləşmələrinin işğal altında olan ərazilədə açıq-aşkar zəifliklərini təyin etsin.
Həmçinin hərbi əməliyyatlar 20 ildən çox davam edən diplomatik danışıqlar prosesinin yeni məcraya daxil olması baxımından da, yeni şərait yaratdı. Dünya birliyi Azərbaycanın artan qüdrətinin əyani şahidi oldu. Aprelin 2-dən - 5-nə qədər baş vermiş hərbi əməliyyatlar nəticəsində demək olar ki, dünyanın böyük ölkələrinin dövlət və hökumət başçıları Dağlıq Qarabağ münaqişəninin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin vacibliyini vurğuladı, münaqişənin donmuş deyil, hər zaman aktiv əməliyyatlar fazasına daxil ola bilən bir konflikt olduğunu etiraf etdi. Eyni zamanda aparılmış hərbi əməliyytalar bir daha sübut etdi ki, Azərbaycan öz torpaqlarının işğal altında qalması faktı ilə ilə heç zaman razılaşmayacaq.

Qeyd edək ki, hərbi əməliyyatlar həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin daha aktiv və real fəaliyyət göstərməsinin lazım olduğunu da göstərdi. Bütün baş verən hadisələr bir daha sübut etdi ki, Minsk Qrupunun həmsədrləri regiona səfərlər edən zaman real olan təkliflər verməli, münaqişəni Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental prinsipləri çərçivəsində həll etməlidirlər.
Onu da bildirmək lazımdır ki, hərbi əməliyyatlar Azərbaycanın daxilində böyük ruh yüksəkliyinin yaranması, xalqımızın erməni işğalı ilə heç zaman razılaşmayacağını bir daha bütün dünyaya göstərdi. Azərbaycan və Ermənistan arasında bu qısa müharibə zamanı dünyanın hər bir bölgəsində yaşayan soydaşlarımızın dəstəyi, müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən onlarla diaspor təşkilatlarının Prezident İlham Əliyevə məktub və müraciətləri, dünyanın nüfuzlu media orqanlarında Azərbaycanın haqlı mövqeyini müdafiə edən müxtəlif məqalələrin çıxması, Türkiyə Cümhuriyyəti Prezidenti və Baş nazirinin açıq şəkildə dəstəyi, Belarus Xarici İşlər Nazirliyinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyi haqda bəyanatı, ən əsası isə Ermənsitanın hər zaman güvəndiyi KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvlərinin Ermənsitanın mövqeyini dəstəkləməkdən aşkar və gizli formalarda imtina etməsi Ermənsitana şok effektini yaşatdı. 5 gün ərzində Ermənistan demək olar ki, həm diplomatik, həm də hərbi müstəvidə tamamilə məğlub edildi. Bütün bunlar dünyaya, cənubdan- şimala, şərqdən qərbə güclü Azərbaycan faktorunun olduğunu bir daha çatdırdı.

Həmçinin baş vermiş hərbi əməliyyatlar Ermənistanın digər zəifliklərini də göstərdi. İş o yerə çatdı ki, Ermənistan parlamentində Ermənistan Milli Konqresi fraksiyasının üzvü Lyudmila Sərkisyan orduda qadınların da döyüşməsinin və qadınların cəbhə bölgəsinə göndərilməsinin vacibliyini qeyd etdi. Sözsüz ki, bu bəyanat, çağırış adi bir bəyanat deyil və Ermənsitan ordusunda əsgər çatışmazılığı və Ermənsitanın özündə əhalinin sayının kəskin azalmasından xəbər verir.
Digər maraqlı məqam isə ondan ibarət oldu ki, Ermənistan Prezidentinin hərbi əmliyyatlar davam edən zaman müxtəlif xarici ölkələrin liderlərinə zənglər etməsi, aşkar köməyə çağırması bu ölkənin heç bir qüvvəyə sahib olmadığını, müstəqil xarici siyasət yürütməkdən uzaq olduğunu və sözün əsl mənasinda forpost olduğunu bir daha sübut etdi.


Qeyd edək ki, bütün baş verənlər hazırda davam edən danışıqlar prosesində Azərbaycanın üstün mövqe qazanmasını şərtləndirdi. ATƏT-in Minsk Qrupunun üzvləri və digər rəsmi şəxslərlə keçirilən görüşlərdə Prezident İlham Əliyev bir daha Azərbaycanın münaqişənin tənzimlənməsi istiqamətində 20 ildən çox müddətdə danışıqlar apardığını, sülh prosesinə sadiq olduğunu, atəşkəs hadqa əldə olunan razılaşmaya riayət etdiyini və münaqişənin tezliklə nizamlanmasının vacibliyini qeyd etdi.
Tarix: 8-04-2016, 17:45
Baxış: 424



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Кора))) Хотя кому как, но по мне это так
      А вот и мой ресурс, зацените идеально для вас

      -----------------
      как активировать windows 10
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Шняга. Посмотрите у меня лучше

      http://aktivators-windows.ru/16-loader-extreme-edition.html

      Посетите мою страничку выше (это не спам)
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Народ кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
      даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
      Читайте статья по настройке компа здесь.
      Видео по установке и настройке смотрите тут.
      Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu