Bu telekanalların hər birinə 600 min manat ayrıldı A- / A+
Bu telekanalların hər birinə 600 min manat ayrıldı


Yanvarın 30-da Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Lacin.info xəbər verir ki, iclasda Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi məsələsinə baxılıb.

Özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB TV”, “Space TV”) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.


İclasda həmçinin “Avto FM” radiosunun ölkə ərazisində geniş miqyaslı yayımının təmin olunması üçün ona yeni tezliklərin ayrılması və “Azerspace-1” peykindən yayımına icazə verilməsi ilə bağlı qərar qəbul edilib.
Tarix: 30-01-2018, 12:58



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Əvvəlcə sevdiklərini itirdi, sonra... - Dərddən ciyəri tək taleyi də çürüyən nakam jurnalist

      Son xəbərlər
      Sorğu