Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı dayandırılıb A- / A+
Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı dayandırılıb


Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları dayandırılıb.Lacin.info APA-ya istinadən xəbər verir ki, bu barədə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.


Məlumata görə, axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib: “Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”.


Qeyd edək ki, "Vostok" balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı - Mübariz Hüseynov və Ruslan Əlizadə olub.
Tarix: 29-01-2018, 18:15



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Əvvəlcə sevdiklərini itirdi, sonra... - Dərddən ciyəri tək taleyi də çürüyən nakam jurnalist

      Son xəbərlər
      Sorğu