Bakıda metro işçilərinə həyəcanlı anlar yaşadan gənc saxlanıldı A- / A+
Bakıda metro işçilərinə həyəcanlı anlar yaşadan gənc saxlanıldı


Metronun "İnşaatçılar" stansiyasında insident baş verib.Lacin.info xəbər verir ki, bu barədə “Trend”ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Məlumata görə, bu gün saat 18:50 radələrində bir nəfər sərnişin platformadan özünü qatar yoluna ataraq relslərin üzəri ilə metronun "Elmlər Akademiyası" istiqamətinə qaçmağa başlayıb.


N.Paşayevin sözlərinə görə, dərhal stansiya işçiləri relslərdəki gərginliyi dayandırıb və polis əməkdaşları ilə birlikdə həmin şəxsin axtarışlarına başlayıb:

"Həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğludur. O hüquq-mühafizə orqanlarına təhvil verilib. Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub və artıq gecikmə aradan qaldırılıb".
Tarix: 25-01-2018, 16:30



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Əvvəlcə sevdiklərini itirdi, sonra... - Dərddən ciyəri tək taleyi də çürüyən nakam jurnalist

      Son xəbərlər
      Sorğu