Türkiyə ilk dəfə Suriyanın Mənbic şəhərinə zərbələr endirdi A- / A+
Türkiyə ilk dəfə Suriyanın Mənbic şəhərinə zərbələr endirdi

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) "Zeytun budağı" əməliyyatı çərçivəsində ilk dəfə Suriyanın Mənbic şəhərinə aviazərbələr endirib.

Lacin.info Trend-ə istinadən xəbər verir ki, həmin ərazilərin PYD və YPG terror təşkilatlarının nəzarətində olduğu bildirilir.

Zərbələr nəticəsində YPG-nin qərargahlarından biri darmadağın edilib.

Rəsmi Ankara bu məlumatı nə təsdiq, nə də təkzib edir. Bundan əvvəl Türkiyə hakimiyyəti hərbi əməliyyatın miqyasının genişlənəcəyini istisna etməyib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub
Tarix: 25-01-2018, 10:08



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Əvvəlcə sevdiklərini itirdi, sonra... - Dərddən ciyəri tək taleyi də çürüyən nakam jurnalist

      Son xəbərlər
      Sorğu