İzmirdə Xocalı soyqırımı parkı açılacaq A- / A+

İzmirdə Xocalı soyqırımı parkı açılacaq

İzmirdə Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş park və abidə açılacaq. Bu barədə məlumatı Modern.az-a İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri, Dr.Asif Kurban verib.

"Bu günlərdə Balçova bələdiyyə başqanı Mehmet Ali Çalkayanı cəmiyyət olaraq ziyarət etdik. Bələdiyyə sədrinə və heyətinə Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna və əməkdaşlığına göstərdiyi dəyərli xidmətləri adından təşəkkürümüzü çatdırdıq. Bələdiyyə sədrinə xidmətlərinə görə 2017-ci ilin "Azərbaycanın dostu" mükafatını təqdim etdik. Balçova bələdiyyəsi ilə birgə 2017-ci ildə "Bakıdan Balçovaya, Balçovadan Bakıya Rənglərin Qardaşlığı" layihəsini çox yüksək səviyyədə təşkil edə bildik. Görüşümüzün sonunda qərar alındı ki, Balçovanın ən yaxşı yerində Xocalı soyqırımı şəhidlərinin xatirəsinə park açılacaq və abidə qoyulacaq", - Dr. Asif Kurban əlavə edib.
Tarix: 19-01-2018, 12:56



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Əvvəlcə sevdiklərini itirdi, sonra... - Dərddən ciyəri tək taleyi də çürüyən nakam jurnalist

      Son xəbərlər
      Sorğu