Bakıda sərnişin avtobusu aşdı: yaralılar var - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR A- / A+
Bakıda sərnişin avtobusu aşdı: yaralılar var - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR

Zığ şosesində avtobusun aşması nəticəsində xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.

Bunu APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

L. Bayramova onların 3 saylı şəhər Xəstəxanasına yerləşdirildiyini və müvafiq tibbi yardım göstərildiyini bildirib.

Bakıda sərnişin avtobusu aşıb.

APA-nın xəbərinə görə, hadisə Zığ şosesində baş verib. 175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.
Tarix: 6-01-2018, 18:04







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu