Millət vəkili yeni tikilən məktəbdən yazdı -FOTOLAR A- / A+
Millət vəkili yeni tikilən məktəbdən yazdı


MAHİR ABBASZADƏ




Laçın rayonun millət vəkili Mahir Abbaszadə özünün “facebook” səhifəsində ABŞ-ın maliyyə dəstəyi ilə Laçın rayonunun Çıraqlı kənd icması üçün Masazır qəsəbəsində tikilən yeni məktəb binası haqqında fikirlərini bölüşüb. Lacin.info saytı həmin yazını oxucularla təqdim edir.


Əziz Laçınlılar, dəyərli seçicilərim! Bildiyiniz kimi, dünən ABŞ-ın maliyyə dəstəyi ilə rayonumuzun Çıraqlı kənd icması üçün Masazır qəsəbəsində tikilən yeni məktəb binasının açılışı keçirilib.

Çoxdan gözlədiyimiz bu xəbər hər bir Laçınlı kimi, məni də çox sevindirdi və bu gün sevincimi sizinlə bölüşmək istəyirəm. Çox şadam ki, Çıraqlı məktəbinin açılışı üçün göstərdiyimiz səylər nəticəsiz qalmadı və etdiyimiz müraciətlər öz bəhrəsini verdi! Şadam ki, sizinlə seçkiqabağı görüşlərimizin birində Afərim müəllimənin qaldırdığı bu məsələnin həllinə nail ola bildik! Şadam ki, artıq Çıraqlı kənd məktəbinin öz müasir binası var və 350 şagird hər cür şəraiti olan yeni məktəbdə təhsil alacaq! Bildiyiniz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə təhsilin inkişafı üçün böyük işlər görürlər. Təkcə onu göstərmək kifayətdir ki, 2004-cü ildən indiyədək ölkədə 3 000-dən çox məktəb tikilib və ya əsaslı təmir edilib. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsindən təkan götürmüş bu işlər indi də davam etdirilməkdədir. ABŞ səfirliyinin maliyyə yardımı ilə Laçın rayonunun Çıraqlı kənd icması üçün yeni məktəbin inşasını dövlətimizin bu siyasətinə dəstək kimi qiymətləndirir, bu işdə zəhməti keçən, bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirir və məktəbin açılışı münasibətilə hər birinizi təbrik edirəm!

Yeni təhsil ocaqlarımızın Laçında açılması arzusu ilə Mahir Abbaszadə, millət vəkili




Millət vəkili yeni tikilən məktəbdən yazdı

Millət vəkili yeni tikilən məktəbdən yazdı

Millət vəkili yeni tikilən məktəbdən yazdı

Millət vəkili yeni tikilən məktəbdən yazdı
Tarix: 4-10-2017, 11:31







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu