Mahir Abbaszadə laçınlı məktəblilərlə görüşüb -FOTOLAR A- / A+
Mahir Abbaszadə laçınlı məktəblilərlə görüşüb

15 sentyabr "Bilik Günü" münasibəti ilə Laçın rayonu 6 saylı tam orta məktəbdə tədbir keçirilib. Lacin.info-nun məlumatına görə Tədbirdə Millət vəkili Mahir Abbaszadə, Laçın Rayon İcra hakimiyyəti başçısının müavini Aynur Həsənova məktəbin kollektivi və valideynlər iştirak edib. Kollektivi "Bilik günü" münasibətiilə təbrik edən Mahir Abbaszadə qeyd edib ki, bu il respublikamızda ilk " Bilik Günü"nün işğaldan azad olunmuş Cocuq Mərcanlıya həsr olunması çox sevindirici haldır: " Bilirsiniz ki, biz uzun müddətdir doğma torpaqlarından ayrı düşmüş insanlarıq. Bu gün Cocuq Mərcanlıda ilk dərslərin keçirilməsi bir daha sübut edir ki, Ali baş komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımıza qayıdış başlanılıb. İnanıram ki, zaman gələcək bu qayıdışın növbəti sakinləri biz laçınlılar olacağıq və "Bilik günü"nü öz doğma torpaqlarımızada, elimizdə, obamızda qeyd edəcəyik". Bu il dərsə gedəcək birinci sinif şagirdlərini təbrik edən millət vəkili onlara uğurlar arzulayıb. Tədbirdə çıxış edən məktəbin müəllimləri bilik gününü onlarla bir yerdə qeyd etdiyinə görə Mahir Abbaszadəyə təşəkkür ediblər. Sonda xatirə fotoları çəkilib.
Mahir Abbaszadə laçınlı məktəblilərlə görüşüb

Mahir Abbaszadə laçınlı məktəblilərlə görüşüb

Mahir Abbaszadə laçınlı məktəblilərlə görüşüb

Mahir Abbaszadə laçınlı məktəblilərlə görüşüb

Mahir Abbaszadə laçınlı məktəblilərlə görüşüb

Mahir Abbaszadə laçınlı məktəblilərlə görüşüb

Lacin.info
Tarix: 15-09-2017, 15:48



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçından ən son görüntülər

      Son xəbərlər
      Sorğu