Son 25 ildə Laçın təhsilinin ən böyük uğuru A- / A+
Son 25 ildə Laçın təhsilinin ən böyük uğuru

Laçınlı məzunlar ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.
Rayon təhsil şöbəsindən Lacin.info-ya bildiriblər ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirən 773 məzundan 579-u ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 357-si tələbə adını qazanıb. Tələbə adını qazanan gənclərdən 62-si 500-dən, 18-i isə 600-dən yuxarı bal toplayıb. Bu, rayon üzrə son 25 il ərzində ən yüksək göstəricidir.
Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni Quşçu kənd, 46 nömrəli və Çıraqlı kənd tam orta məktəblərinin məzunları göstərib. Quşçu kənd tam orta məktəbindən 17 nəfər, 46 nömrəli tam orta məktəbdən 16 nəfər, Çıraqlı kənd tam orta məktəbindən isə 15 nəfər ali məktəblərə qəbul olub.
Alıqulu kənd tam orta məktəbin məzunu Səadət Quluzadə və 3 nömrəli tam orta məktəbin məzunu Fərid Bəbirov imtahanlarda 691 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər.
Tarix: 29-08-2017, 16:08







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu