"Ölkəmizdə qaçqın və məcburi köçkünlər yüksək dövlət qayğısı ilə əhatə olunublar"- Mahir Abbaszadə A- / A+
"Ölkəmizdə qaçqın və məcburi köçkünlər yüksək dövlət qayğısı ilə əhatə olunublar"-

«Azərbaycan sosial dövlətdir və daxili siyasət kursunun mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Azərbaycanın sürətli inkişafı, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb». Lacin.info-nun məlumtatına götə bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi də xüsusilə diqqətəlayiqdir. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür. Ölkəmizdə qaçqın və məcburi köçkünlər yüksək dövlət qayğısı ilə əhatə olunublar.
«Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə, məşğulluqlarının təmin edilməsinə davamlı qayğı göstərir, mühüm qərarlar qəbul olunur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman da bu istiqamətdə qəbul olunmuş mühüm qərardır.

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə imzalanan Fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Bu Fərman qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin səmərəliliyinin daha da artırılması, ünvanlılığın və şəffaflığın təmin olunması məqsədinə xidmət edir»- deyə, M.Abbaszadə vurğulayıb.


Aynur
Tarix: 24-01-2017, 15:46



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Надеюсь я дам вам полезную информацию
      -----

      полировка стекол авто
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu