Toplar susanda” Vağzalı” gurlaycaq – Bir əsgərin xatirəsi A- / A+
Toplar susanda” Vağzalı” gurlaycaq – Bir əsgərin xatirəsi

Laçın info saytı Qarabağ qazisi, əslən Laçın rayonundan olan Mobil Mirzəyev haqqında 1992-ci ildə “Xalq” qəzetində gedən yazını oxuculara təqdim edir. Qeyd edək ki, uzun müddət döyüşməsinə baxmayaraq Mobil Mirzəyev bugünə qədər Qarabağ müharibəsi veteranı vəsiqəsini hələdə ala bilməyib.
Toplar susanda” Vağzalı” gurlaycaq – Bir əsgərin xatirəsi
Mobil Mirzəyevin Bakıda hər bir nazı –neməti var.Evi, maşını, özü də Azərbaycan İqdisat İnstitunun dördüncü kursunda oxuyur. Bir sözlə tale ondan heç nə əsirgəməyib. Elə buna görə də bir axşam evə qayıtmayanda valdeyinləri təşvişə düşdülər.Bu məchul qeybin müddəti bir həftəni keçəndə təşviş həyacana çevrildi. Düzü əslən laçından olan atanın- Bəbir müəllimin gümanı buna idi ki, oğlu cəbhəyə , doğma torpaq uğrunda döyüşlərə yollanıb. Amma ata-ana intizarına heç bir güman təsəlli ola bilmirdi. Bəbir müəllim bir –neçə dəfə redaksiyamıza gəlib, cəbhə zonasında olmuş müxbirlərimizlə görüşmüşdü. Heç ağlınada gəlməzdi ki, atanı müxbirlərimiz Ziyəddin Sultanov və Salar Aslanov sevindirəcəklər.
Toplar susanda” Vağzalı” gurlaycaq – Bir əsgərin xatirəsi
- Bu oğlanı Bilildüzdə görmüşük, -dedilər,-Ayaqüstü söhbət də elədik. Laçın istiqamətində vuruşan əsgərlərimizin arasındadır .Sarıbaba,Ərdəşəvi, Tığik kəndləri ətrafındakı ağır döyüşlərdə iştirak edib. Beləcə atanın nigarançılığına son qoyuldu. Bəs həsrətə necə ? Buna inşəAllah Mobilin qələbə sorağı gələndə son qoyulacaq. Laçın dağlarında toplar susanda Bəbir müəllimin evində “ Vağzalı” gurlayacaq.

Zülfüqar Rüfətoğlu, “Xalq” qəzetinin müxbiri
Tarix: 1-06-2019, 09:02
Baxış: 172



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu