Diaspor Komitəsində 2018-ci ildə görülən İŞLƏR... A- / A+
Diaspor Komitəsində 2018-ci ildə  görülən
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkə başçısının tapşırıqlarına, Komitənin əsasnaməsinə və digər normativ-hüquqi sənədlərə uyğun olaraq dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyə­tinə çatdırılması və s. istiqamətlərdə ardıcıl fəaliyyət göstərir.



Bütün bu işlərin sürətləndirilməsi məqsədilə ölkə başçısının 05 iyul 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Ümumilikdə, Komitənin fəaliyyətini üç istiqamətdə təsvir etmək olar:


Son dövrlərdə yeni yaradılan imkanlar:


Soydaşlarımızla interaktiv əlaqələri təmin etmək, diasporla bağlı xəbərlərin operativ yayımlanmasına nail olmaq, eləcə də ölkəmizlə bağlı xəbərlərin xaricdə yaşayan soydaş­ları­mıza, eləcə də ümumilikdə ictimaiyyətə çatdırılması məqsədilə Dövlət Komitəsinin Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən yeni saytı yaradılmış və aktiv fəaliyyət göstərir. Komitənin saytında çevik əlaqə imkanları da yaradılmışdır ki, bu da Komitəyə müraciət imkanlarını asanlaşdırır, vətəndaşların, diaspor təşkilatlarının, xaricdə yaşayan soydaşlarmızın suallarının operativ şəkildə cavablandırılmasına xdmət edir;



Ümumilikdə, sayta 5946 daxil olma qeydə alınıb, səhifələr üzrə izlənilmə sayı 34386, bölmələr üzrə isə 11611 izləmə olub ki, bunları da aşağıdakı diaqramlardan daha əyani görmək mümkündür.


Bütün bunlarla yanaşı, sayta daxil olmaların 23,7%-i yeni, 80,8%-i isə təkrar daxil olmalara aiddir.Saytın ölkələr üzrə izlənməsinə gəldikdə isə, sayta 60 ölkədən daxilolmalar qeydiyyata alınıb. Bu ölkələrdən ilk onluğa aşağıdakılar aiddir:

Rəsmi sosial şəbəkə (Facebook, Twitter, İnstagram, Youtube kanalı) səhifələri hazırlanmışdır və interaktivdir;

Rəsmi internet ünvanı və sosial şəbəkələrdə Komitənin fəaliyyətinin, diaspor hərəkatının işıqlandırılması istiqamətində görülən işlər sayəsində sosial şəbəkə izləyicilərin sayı Facebook da 9300-dən 31595-ə, Twitter-də 3114-dən 3337-yə, İnstagram da 2200-dən 2500-ə, Youtube kanalında abunəçilərin sayı 13-dən 97-yə qədər artmış və beləliklə də dünya azərbaycanlılarının virtual birliyinin yaradılması təmin edilib.

www.facebook.com/AzDiaspora-https://Twitter.com/DiasporaAz və https://Instagram.com/Diasporaaz
- İnstaqram səhifəsi də digər sosial şəbəkə səhifələri ilə əlaqələndirilib.



Komitənin facebook səhifəsinə ünvanlanmış uyğun suallar operativ şəkildə cavablandırılır. Hesabat dövründə rəsmi facebook səhifəsinin interaktivliyi nəticəsində izləyici sa­yın­da ciddi artım olub. Hesabat dövrünü əhatə edən 01 may 2018-25 oktyabr 2018 tarixlərində rəsmi Facebook səhifəsində izləyici sayı 9300 nəfərdən 36460 nəfərə çatmışdır ki, bu da 27160 nəfər və ya 3,9 dəfə artım deməkdir.

Ümumilikdə, hesabat dövründə facebook səhifəsində 1023 informasiya paylaşılmışdır ki, bunun da 446 ədədi və ya 43,6%-i link, 367 ədədi və ya 35,9%-i foto, 201 ədədi və ya 19,6 %-i video, 9 ədədi və ya 0,9%-i isə status olub.


Az Diaspora adlı rəsmi youtube kanalında Komitənin fəaliyyəti, diaspor təşkilatlarının tədbirləri və s. müvafiq videolar yayımlanmaqdadır.

Diaspor təşkilatları ilə əlaqələrin intensivləşdirilməsi, eləcə də təşkilatların özləri arasında əlaqələrin gücləndirilməsi məqsədilə, ilk dəfə olaraq infoqrafik diaspor xəritəsi yaradılaraq açıq istifadəyə təqdim edilib. Xəritədə xüsusi işarələnmiş nöqtələrin üzərinə sıxdıqda həmin ərazidə fəaliyyət göstərən diaspor təşkilatlarını və onlar haqqında informasiyaları görmək mümkündür.

Diaspor Tv yaradılaraq aktiv fəaliyyəti təmin edilmişdir. Diaspor TV-də “Dünyada yaşayan azırbaycanlıları tanıyaq-tanıdaq” layihəsi həyata keçirilir. Layihə çərçivəsində, artıq uğur əldə etmiş 15 soydaşımız haqqında tanıtım videorolikləri ictimaiyyətə təqdim edilib və bu işlər davam etdirilir. Diaspor TV-də, eyni zamanda, “Azərbaycan dilində danışan xaricilər” rubrikası da fəaliyyət göstərir.

Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləş­dirilməsi məqsədilə Komitədə, əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə, müvafiq işçi qrup yaradılıb. Bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər hazırlanıb və nəzərdən keçirilir;

Türkiyə Respublikasında müvafiq sənədləri olmadan yaşayan soydaşlarımızın sayının dəqiqləşdirilməsi və şəxsiyəti təsdiq edən sənədlərlə təmin edilməsi məqsədilə işçi qrupu yaradılmışdır. İş qrupu türkiyəyə ezam edilərək müvafiq görüşlər keçirib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Strateji Yol Xəritəsi” işlənib hazırlanmışdır və icrası istiqamətində addımlar atılır;

Diaspor təşkilatları arasında birliyinin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Almaniya, Fransa, İsveçrədə Komitənin nümayəndə heyətinin iştirakı ilə Azərbaycanlıların Koordinasiya Şuraları yaradılmışdır və bu işlər “Strateji Yol Xəritəsi”nə uyğun şəkildə davam etdirilir;

İsveçrədə “Qarabağ” adlı Azərbaycan dili və mədəniyyəti məktəbi açılaraq, soydaşlarımızın istifadəsinə verilib.

Xaricdə yaşayan gənclərin ölkəmizlə əlaqələrinin gücləndirilməsi və gənclərin şəbəkələşməsinə dəstək məqsədilə “Sabahın xeyir, Azərbaycan” layihəsinə başlanıb. Layihə çərçivəsində hər gün bir xarici ölkədən azərbaycanlı və ya azərbaycan dilini bilən gənc Vətənimizi salamlayaraq, “Sabahın xeyir, Azərbaycan” deyir. Bu videoçarx rəsmi sosial şəbəkələrdə yayımlanır;

Xaricdə yaşayan soydaşlarımıza çatdırılması məqsədilə müvafiq kitab forndu formalaşdırılmaqdadır. Bu istiqamətdə ilkin olaraq 319 kitab AMEA Mərkəzi Elmi Kitabxanasının köməkliyi ilə əldə edilib.

Xarici İşlər Nazirliyi və Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında razılaşmaya əsasənAzərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərinə birgə fəaliyyətlə bağlı müvafiq məktub göndərilib.


Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər:


Ümummilli lider H.Əliyevin 95 illiyi münasibətilə dövlət, mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.

Azərbaycan Xalq Cüm­huriy­yətinin 100 illiyinə həsr edilmiş “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edilmiş və 22-28 avqust tarixlərində Şəki şəhərində keçirilib. 37 ölkədən 140 gəncin iştirak etdiyi düşərgədə “Azərbaycan Diaspor Gəncləri” şəbəkəsinin təsis edilməsi ilə bağlı qətnamə və bəyanat qəbul edilib.

Dövlət Komitəsi ilə Rumıniyanın Xaricdəki Rumınlar üzrə Nazirliyi və Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi ilə razılaşma imzalanıb

Kaliforniyanın Qlendeyl şəhərində Merilənd prospektinin Arsax adlandırılmasına etiraz olaraq müvafiq petisiya hazırlanmış və imzalanma mərhələsindədir;



Komitə rəhbərliyinin xarici səfərləri

Türkiyə, Gürcüstan, Fransa, Almaniya, Rumıniya, Ukrayna, Rusiya (Həştərxan), İsveçrə, Amerika, Niderland krallığı, Çin ölkələrinə səfərlər edilmiş, soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilmiş, onların problemləri öyrənilmiş və həlli istiqamətində işlərə başlanılıb.
Tarix: 8-01-2019, 10:53
Baxış: 1179



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu