Laçınlı məzunlardan son 26 ilin ən yüksək nəticəsi: 97 nəfər 500-dən, 30 nəfər 600-dən yuxarı bal toplayıb A- / A+
 Laçınlı məzunlardan son 26 ilin ən yüksək nəticəsi: 97 nəfər  500-dən, 30 nəfər 600-dən yuxarı bal toplayıb
Laçınlı məzunlar ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.

Laçın Rayon Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirən 939 məzundan 474-ü tələbə adını qazanıb. Tələbə adını qazanan gənclərdən 97-si 500-dən, o cümlədən 30 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu, rayon üzrə son 26 il ərzində ən yüksək göstəricidir.

Rayonun ümumtəhsil məktəbləri arasında ən yüksək nəticəni Bozlu, Mişni kənd və 28 nömrəli tam orta məktəblərin məzunları göstərib. Belə ki, Bozlu kənd tam orta məktəbi bitirən 12 şagirdin, Mişni kənd tam orta məktəbi bitirən 6 şagirdin hamısı, 28 nömrəli tam orta məktəbdən isə 18 nəfər ali məktəblərə qəbul olub.

37 nömrəli tam orta məktəbin məzunu Kərim Yusifzadə və 11 nömrəli tam orta məktəbin məzunu Fərid Vəlizadə imtahanlarda 672 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər.
Tarix: 29-08-2018, 10:10
Baxış: 250



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu