"Ən böyük arzum "Laçın" mahnısını Qarabağda ifa etməkdir" - Gənc laçınlı müğənni A- / A+
"Ən böyük arzum "Laçın" mahnısını Qarabağda ifa etməkdir"



Lacin.info saytının bu dəfəki qonağı gənc və istedalı müğənni Elmirağa Budaqovdur. Bu yaxınlarda yeni "Laçın" mahnısı ilə dinləyicilərin görüşünə gələn gənc müğənni ilə müsahibəni oxuculara təqdim edirik:


- Elmirağa,bizə özünüz haqqındaməlumat verə bilərsinizmi? Musiqi fəaliyyətinizə necə başladınız?
- Mən Laçın rayonundanam. Ərazilərimiz işğal edildikdən sonra məcburi köçkün kimi Mingəçevirə, oradan da Bakıya gəldim. Musiqi fəaliyyətim uşaq musiqi məktəbi ilə başlayıb, oranı əla qiymətlərlə bitirdim. Amma səkkiz-on il musiqidən uzaq düşdüm.O zamanlar keçid dövründə idim, həm də şəxsi problemlər buna imkan vermədi.Bir müddət Rusiyada yaşadım. Azərbaycana qayıtdıqdan sonra fəaliyyətimə sıfırdan başladım. Bir çox musiqi janrlarını öyrəndim və bu istiqamətdə təhsil aldım. Mən muğam sinfini bitirmişəm. Muğam Azərbaycan musiqisinin ən dəyərli janrlarından biridir. Buna görə də, düşünürəm ki, hər bir Azərbaycan müğənnisi muğamı bilməlidir. Vokal təhsili də almışam. Hesab edirəm ki, dünya musiqisi kimi vokal mənə musiqi karyeramda daha çox kömək edə bilər. Bunun üçün dəyərli sənətkarımız, xalq artisti Samir Cəfərova müraciət etdim. Samir müəllim mənə vokal musiqisi üzrə dərs keçir. Onun mənim üzərimdə zəhməti böyükdür.Musiqi ilə bağlı mövcud biliyimi zənginləşdirmək və daha da inkişaf etdirmək üçün ali təhsil almağı düşünürəm.

- Musiqinin bir neçə istiqaməti üzrə təhsil almısınız, tanınırsınız. Bu sizi qane edirmi, bu mövqedən razısınızmı?
- Azərbaycan musiqində istər müğənni, istərsə də bəstəkar kimi çox dəyərli şəxslər olub. Onların sənəti sadəcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində tanınıb. Mən isə hələ gəncəm. Qeyd etdiyim ki, yenidən təhsil almaq, biliyimi zənginləşdirmək fikrim var. Bu sənətdə özümü qane edəcək qədər hələ heç nə etməmişəm. Ona görə də mövqedən danışmağım hələ tezdir.
"Ən böyük arzum "Laçın" mahnısını Qarabağda ifa etməkdir"

- Sənətdə irəli getmək üçün hər hansı maneələr varmı?Yaxud da sənətdə kimlər irəli gedə bilmir?
- Mən düşünürəm ki, sənətlə məşğul olan insan üçün heç bir maneə yoxdur. Burada söhbət həqiqi, insanların zövqünü oxşayan sənətdən gedir.Əgər mən bu gün tələb edilən bir sənətçi deyiləmsə, bu mənim öz günahımdır.Sevilən, bu sahədə irəlidə olan biri olmaq üçün mən artıq öz üzərimdə çalışıram.Öz işində irəli gedə bilməyən, maneələrlə qarşılaşdığını deyən biri varsa, məncə, o ilk öncə öz işinə baxmalıdır.Bu sadəcə musiqiyə aid deyil.Hər bir sahədə belədir.Öz işinin, peşəsinin mütəxəssisi olan insan üçün maneə yoxdur.
- Siz bir yola çıxmısınız və bu yolda müəyyən işlər görmüsünüz. Bu addımlardan hansı sizi daha çox qürurlandırır?
- Musiqinin bir neçə növünü, incəliklərini bilmək üçün çalışmışam. Qeyd etdiyim kimi, vokalı öyrənmək də bu istiqamətdə həyata keçirdiyim işlərdən biridir.Bunun üçün müəllim olaraq Samir Cəfərovu seçməyim məni daha çox qürurlandırır. Ondan öyrəndikcə nə qədər doğru seçim etdiyimi bird aha anlayıram.

- Söhbətimiz zamanı bir neçə dəfə musiqi təhsilinizlə bağlı məqamlara toxundunuz. Sizcə, bir müğənni üçün musiqi təhsili şərtdirmi?
- Bəli, düşünürəm ki, şərtdir. Musiqi duyumu olan hər bir kəs oxuya bilər.hətta öz üzərində çalışsa, daha yaxşı olar. Amma musiqi təhsili olmadan sadəcə kimlərisə dinləyərək müğənni olmaq olmaz.Bu zaman sən sadəcə kimisə yamsılamış olacaqsan.Öz yolun, xəttin olmayacaq.Bu baxımdan musiqi təhsili vacib şərtdir.Həm musiqi duyumu, həm təhsil sizi yaxşı sənətçi edə bilər.
- Azərbaycanda hər zaman musiqiyə maraq olub və gözəl nümunələr yaradılıb. Siz keçmiş və müasir musiqimiz arasında fərqi nədə görürsünüz?
- Musiqi dövrün, insanların tələblərinə uyğun olaraq dəyişir. Bundan 30-50 il əvvəl əhali muğama, aşıq sənətinə daha çox qulaq asırdı. əcnəbi musiqiyə, başqa janrlara qulaq asanlar çoxluq təşkil etmirdi. Indi isə internet əsridir.Yeniyetmə, yaxud bir gənc özü istədiyi musiqini, bəyəndiyi müğənnini seçib ona qulaq asır və musiqi zövqünü bu istiqamətdə formalaşdırır.Hətta valideyn və övladın musiqi zövqü də üst-üstə düşmür.Bizim görkəmli sənətkarlarımız olub.Bu gün azərbaycan musiqisini tamamilə bayağılaşmaqdan, məhv olmaqdan qoruyan onların rolu böyükdür.İllər öncə məhşur olmaq da çətin idi, efirlərə hər kəs buraxılmırdı.Indi isə hər şey sadədir. Istənilən bir şəxs efirə çıxmadan da, oxuduğu mahnını internetdə paylaşmaqla məşhur ola bilər. Düzdür, kölgədə qalan, irəli çıxa bilməyən müğənnilərimiz də var. Bütün hallarda yenə də o fikrimdə qalıram ki, insan öz üzərində dayanmadan çalışmalıdır ki, dövrün, kütlənin tələblərini qarşılaya bilsin.Ələlxüsus da, sənətkar olmağa cəhd edən sənətçilər.


- Bir gənc musiqiçi olaraq, sizi bu sənətdə narahat edən nədir?

- Dinləyicinin zövqü dəyişib və biz də məcburuq kütlənin istəyinə görə hərəkət edək, oxuyaq. Məsələn, hansısa bir filmdən klassik bir mahnı ifa edirsən, bir o qədər də dinlənilmir.Bayağı bir mahnı ifa olunanda isə reaksiyalar tam fərqli olur.Bundan başqa, klassik tərzdə ifa edən müğənnilərə qarşı hətta media və efirlər də çox diqqətsizdirlər.Bu məsələlər məni narahat edir.Bu həm də musiqimizin dəyərlərinin itmə qorxusu baxımından narahatlıq yaradır. Efrilərdə bayağı musiqiyə az yer verilməlidir ki, insanların zövqü o istiqamətdə formalaşmasın. Keyfiyyətli musiqi nə qədər çox səslənərsə, bir o qədər çox insan ona qulaq asar.
- Bir zamanlar bir neçə böyük bəstəkarlar var idi, müğənnilər məhz onlara müraciət edirdilər. Amma, son zamanlar onlara olunan müraciətlər sanki azalıb.Buna münasibətiniz necədir?
- Bizim böyük bəstəkarlarımız olub, indi də var. Üzeyir Hacıbəyov kimi dahi bəstəkarların bəstələdiyi musiqi bu gün də insanın ruhunu oxşayır. Müasir bəstəkarlarımızdan Faiq Sücəddinov, Nailə xanım Mirməmmədli və digərləri çox gözəl musiqi bəstələyir.Onlara müraciətlərin azalmasının səbəbi dediyim ki, insanların musiqi zövqündən asılıdır.Tanınmaq istəyən bir müğənni yüksək keyfiyyətli musiqi ilə yüzlərlə insane müraciət etmək əvəzinə, bayağı musiqi ilə minlərlə insane müraciət etməyi seçir.Bu da həmin bəstəkarlara müraciətlərin azalmağına səbəb olur.Bizim o şəxslərə müraciət etmək borcumuzdur.Amma, mən onları yox, onlar məni seçməlidirlər.Bəstəkarlar bəstəlidiyi mahnının hansı müğənninin ifa tərzinə daha uyğun olduğunu müəyyən edir, kimin onun əsərini daha gözəl dinləyiciyə çatdıracağını bilir.Əgər onlar məni seçərlərsə, nə xoş mənə. O ki, qaldı digər mahnı yazanlara, mənim üçün fərqi yoxdur. Yaxşı, zövq oxşayan mahnı olarsa sevə-sevə ifa edərəm.Mən özümə bəstəkar demirəm, amma özüm də hərdən bir özüm üçün mahnılar bəstələyirəm.Məsələn, bu yaxınlarda ifa etdiyim “Laçın” mahnısının musiqisi mənə, sözləri isə tanınmış nəğməkar-şairimiz Zahir Abbasa məxsusdur.İnanıram ki, bu mahnı kütlə arasında kifayət qədər dinləniləcək və seviləcəkdir.

- “Laçın” mahnısı kifayət qədər uğurlu alınıb.Bəs sizcə, bu mahnı mərhum sənətkar Məhəbbət Kazımovun ifa etdiyi “Laçınım” mahnısından sonra, onun qədər populyar olub, sevilə biləcəkmi?
- Allah Məhəbbət Kazımova rəhmət eləsin. Mən onun və digər sənətkarlarımızın yaradıcılığına baxmışam.Onların qoyduğu yolla getməyə çalışıram.Onların ifasından üstün ifa etdiyimi demək mənim üçün çox böyük yanlışlıq olar.Amma mən bir müğənni kimi, doğma Laçınımız üçün bundan artıq nə edə bilərəm? Düzdür, məsuliyyətli bir işi üzərimə götürmüşəm. O cür böyük bir sənətkarın ardınca belə bir mahnı bəstələmək və ifa etmək qürurverici olduğu qədər də məsuliyyətli bir işdir. Ən böyük arzum isə, inşallah, bu mahnını Qarabağda ifa etməkdir.
"Ən böyük arzum "Laçın" mahnısını Qarabağda ifa etməkdir"

- “Toy bazarı” deyilən bir anlam var. Sizcə, bu “bazar”a daxil olmaq asandır, yoxsa çətin?

- Bu bazar da bizim öz bazarımızdır. Bura daxil olmaq da bizim sənətimizdən, ifa etdiyimiz mahnıdan asılıdır.Əgər mən dinləyicinin sevdiyi, tələb etdiyi bir müğənniyəmsə, onlar öz şad günündə məni görmək istəyəcək. Mən öz məhsulumu bazara çıxarıram.Əgər gördüyüm iş bəyənilmirsə və ortaya çıxarmaq mümkün deyilsə, deməli mən o “bazar”da ola bilməyəcəm. Ən birincisi işə məsuliyyətlə və peşəkarcasına baxmalısan. Yaradıcılığın, fəaliyyətin uğurludursa, kimsə sənə mane ola bilməz. Mən irəli getmək üçün özümdə o potensialı görürəm.

- Musiqinin hansı janrını özünüz üçün daha uğurlu hesab edirsiniz?

- Bütün janrları dinləyirəm. Bir neçə janrda ifa etməyə çalışıram, hətta özüm üçün sınaqdan keçirirəm.Amma daha çox muğam, bəstəkar mahnıları və vokal üzərində çalışıram.

- "Müşkül məsələ odur ki,..." Bu ifadəni özünüz tamamlayın...
- Müşkül məsələ, müəyyən bir yaşı keçdikdən sonra əsl sənətkar adını qazanmaqdır, fikrimcə.Çünki müəyyən yol, xətt olmadan illərlə mahnı ifa etmək sonra isə bir izi və adı olmadan bu sənətdən uzaqlaşmaq heç də yaxşı addım olmazdı.Çünki illərlə özünü həsr etdiyin bir sənət var və o sənətdə ən yüksək zirvədə olmaq özündən asılıdır.Zaman keçdikcə insanın fikirləri də dəyişir.Buna həm kütlə, həm musiqi sahəsindəki dəyişikliklər də təsir edir.İnsanların musiqini zövqünü korlamadan, bayağı ifalar səsləndirmədən bu dəyişikliyi öz yaradıcılğında müsbət istiqamətdə əks etdirməyi bacarmalıyıq.Mən öz həyat təcrübəmi musiqidə tətbiq etmək istəyirəm və inanıram ki, bu, mənə çox kömək olacaqdır, inşəAllah!

Pərvanə Hüseynzadə
Tarix: 20-08-2018, 15:09
Baxış: 545



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Народ кому интересно нашла отличный торрент плеер Kino-Torrent версия PRO
      Все фильмы, сериалы и мультфильмы в одной программе - просмотр и скачивание. Бесплатно и без рекламы.
      Быстрый поиск по всему рунету. Обновления фильмов точно в день выхода в кинотеатрах.
      Сегодня добавленно: "Мег: Монстр глубины" "Днюха!" "Mamma Mia! 2"
      Скачать Kino-Torrent версии стандарт можно с офф сайта: KinoTorrentSetup
      Скачать Kino-Torrent версии PRO (Nulled) можно здесь: KinoTorrentPro
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu