"Gələcəyin Qalibləri" layihəsi uğurla davam edir A- / A+
"Gələcəyin Qalibləri" layihəsi uğurla davam edir


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi və Balakən Rayon Gənclər Evinin tərəfdaşlığı ilə Balakən şəhərində "Gələcəyin Qalibləri" adlı fərdi layihə keçirilmişdir.

Layihə rəhbəri Şamil Həsənli tədbiri giriş sözü ilə açaraq layihə haqqında məlumat verdi. İdmanımıza böyük töhfə olan IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanı dünyaya bir daha tanıtmasından, idmanın müxtəlif növlərində atletlərimizin qələbələrini, ölkəmizin birinci yerləri tutduğunu, Respublikamızın yüksək idman potensialına malik olduğunu vurğuladı və göstərilən dəstəyə görə Azərbaycan Gənclər Fonduna öz təşəkkürünü bildirərək, gənclərin fərdi layihələrinin maliyələşdirilməsinin əhəmiyyətini qeyd etdi. Həmçinin, tədbirdə Balakən rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Baş İdarəsinin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının nümayəndələri iştirak etdi. Ölkəmizdə yüksək səviyyədə təşkil olunan, böyük təntənə ilə keçirilən və idmançılarımızın parlaq qələbəsi ilə başa çatan IV İslam Həmrəyliyi Oyunları tədbirin iştirakçıları arasında başlıca müzakirə mövzusu oldu. Layihə çərçivəsində "Bakı-2017 İslam Həmrəyliyi Oyunları ” -nın qaliblərindən və könüllülərindən video-müsahibələr götürülərək layihə iştirakçıları və qonaqlara təqdim edilmişdir. Layihədə iştirak edən 22 nəfər gənc arasında stolüstü tennis, idman gimnastikası və taekvando üzrə yarışlar keçirilmişdir. Keçirilən yarışlar hakimlər tərəfindən qiymətləndirilmiş və sonda hər idman növü üzrə müəyyən olunmuş ilk üç yerin qalibləri sertifikat və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

"Gələcəyin Qalibləri" layihəsi uğurla davam edir
Tarix: 21-11-2017, 13:21
Baxış: 48







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Erməni baş prokuror Azərbaycan torpaqlarında

Son xəbərlər
Sorğu