Elm adamlarından şok iddia — Kəsilən orqanlar bərpa oluna bilər A- / A+
Elm adamlarından şok iddia

Elm adamları kəsilən orqanların sonradan bərpa oluna biləcəyini iddia ediblər.

Ölkə.Az xəbər verir ki, alimlər orqanlarını yenidən bərpa edən soxulcan üzərində tədqiqat aparırlar. Əgər alimlər "acorn" soxulcanının orqanlarını necə bərpa etdiyini dəqiqləşdirə bilsələr, çox güman ki bu tibb elmində böyük bir yeniliyə səbəb olacaq.

"Acorn" soxulcanları baş və sinir sistemi də daxil olmaqla orqanizmdə kəsilmiş hər hansı bir hissəni bərpa etmək qabiliyyətinə malikdir. Bu soxulcanda olan bir cox genlər insanda da var. Alimlər bu səbəbdən insanların orqanlarını bərpa edib edə bilməməsinin mümkünlüyünü də araşdırır. Bu soxulcanlar kəsilən istənilən orqanının 15 gün ərzində bərpa edə bilir.

Vaşinqton universitetinin alimi Bill Svalla deyib: "Təbiətdə bir çox canlı kəsilmiş orqanını bərpa edə bilir. İnsan da dırnaq dərisini bərpa edir. Məncə digər orqanları da bərpa edə bilərik. Sadəcə orqanizmimizdə bəzi prosseslər buna mane olur. Əgər uyğun olan genləri tapıb dəyişdirə bilsək, kəsilən və qopan bədən üzvlərini bərpa edə bilərik".

Alim vurğulayıb ki, əgər soxulcan üzərində aparılan tədqiqatlar müsbət nəticə versə, önümüzdəki 100 ildə tibdə çox böyük uğura imza atmaq mümkün olacaq


Lacin.info
Tarix: 1-12-2016, 14:20
Baxış: 2134



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu