"Qarabağ" və "Qəbələ" sınaq qarşısında A- / A+
"Qarabağ" və "Qəbələ" sınaq qarşısında

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Qəbələ” də növbəti oyununa çıxacaq.

Roman Qriqorçukun yetirmələri qrupdakı 4-cü oyununda öz meydanında “Sent-Etyen”lə qarşılaşacaq. Ardıcıl 4 Avrokubok oyununda uduzan təmsilçimiz ilk 3 xalını qazanmaq və uğursuz seriyanı qırmaq üçün var gücü ilə mübarizə aparacaq. “Qəbələ” səfər matçı ilə müqayisədə daha güclü heyətlə meydana çıxmaq imkanına malikdi. Çünki zədəlilərdən Rəşad Sadiqov artıq heyətə dönüb. Məşqlərə qatılan digər aparıcı oyunçu Nika Kvekveskiri və Elvin Camalovun da iştirakı istisna deyil. Baqaqli Dabo isə bu dəfə də heyətdən kənarda qalıb.

Digər təmsilçimiz “Qarabağ” isə səfərdə PAOK-la qarşılaşacaq. İki həftə əvvəl doğma meydanda bu rəqibinə 2:0 hesabı ilə qalib gələrək qrupdan çıxmaq şanslarını saxlayan ağdamlılar çətin səfərdən də heç olmasa 1 xalla dönərək ümidlərini davam etdirməyi arzulayır. Əgər “Qarabağ” Yunanıstanda uduzmasa, nəinki 1/16 final üçün nəzəri şanslarını saxlayacaq, hətta əsas hədəf uğrunda inamlı addım da atmış olacaq.

Avropa Liqası
IV tur
3 noyabr


C qrupu
22:00. “Qəbələ” – “Sent-Etyen” (Fransa)

Baş hakim: Karlos Del Serro Qrande
Bakı. 8-ci km qəsəbə stadionu


J qrupu
00:05. PAOK (Yunanıstan) – “Qarabağ”
Baş hakim: Con Biton
Saloniki. “Tumba” stadionu

Lacin.info

Tarix: 3-11-2016, 08:19
Baxış: 114



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Люди кто желает играть в современные игры на самых высоких настройках с динамичными теняими
      даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
      Читайте статья по настройке компа здесь.
      Видео по установке и настройке смотрите тут.
      Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu