Rusiyada deputatlığa namizəd olan ilk azərbaycanlı qadın A- / A+
Rusiyada deputatlığa namizəd olan ilk azərbaycanlı qadın

Səadət Qarayeva: “Təəssüf ki, Krasnoyarskda yaşayan azərbaycanlıların maraqlarını həqiqi mənada qoruyan deputat nümayəndəsi yoxdur”

Bir müddət öncə Rusiyanın Krasnoyarsk şəhərində yaşayan soydaşımız Səadət Qarayevadan diaspor üzvü kimi müsahibə almışdıq. Bu gün isə onun deputatlığa namizəd kimi müsahibəsini təqdim edirik. Səadət xanım Qadın Dialoqu Ümumrusiya Siyasi Partiyasından Krasnoyarsk Diyar Qanunverici Orqanına seçkilərdə namizədliyini irəli sürüb. Xatırladaq ki, Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyev diaspor üzvlərinin qanunvericilik orqanlarında təmsilçiliyinin vacibliyini xüsusi vurğulayıb. S.Qarayeva da dövlət başçısının tövsiyəsinə uyğun olaraq seçkilərə qatılıb. Nəzərə çatdıraq ki, S.Qarayeva Rusiyadakı Azərbaycan diasporu üzvləri arasında ilk qadın deputatlığa namizəddir. Əgər o, seçkilərdə qalib gələrsə, Azərbaycan diasporu tarixində ilk qadın millət vəkili olacaq. Qeyd edək ki, Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini, “Odlar yurdu” rəqs ansamblının bədii rəhbəri olan S.Qarayeva ixtisasca hüquqşünasdır.
-Necə oldu ki, namizədlik qərarını verdiniz?
-Artıq uzun illərdir ki, müxtəlif siyasi partiyalarla əməkdaşlıq edirik və seçkilərdə namizədliyini verən şəxslərə dəstək olurduq ki, onlar da bizim Azərbaycan diasporunun maraqlarına dəstək olsunlar. Krasnoyarskda yaşayan azərbaycanlıların və başqa qeyri-millətlərin sayı xeyli sayda artıb və təəssüflər olsun ki, onların maraqlarını həqiqi mənada qoruyan, dəstəkləyən deputat nümayəndəsi yoxdur. Dünya Azərbaycanlılarının IV Qurultayında çıxış edən Prezident İlham Əliyevin diaspor nümayəndələrinə müraciətdə bizlərin qanunvericilik orqanlarına inteqrasiya olunmağımızın mühümlüyünü vurğuladı. Bunları nəzərə alaraq, deputatlığa namizəd olmağım barədə təklif gələndə razılıq verdim.
-Yerli xalqın sizin bu namizədliyə münasibəti necədir və necə dəstək verirlər?
-Seçkilərə namizədliyimlə bağlı razılıq verdikdən sonra, təmsil olunduğum partiyanın rəhbərinin tapşırığı ilə Krasnoyarsk şəhərinin bütün rayonlarında yolkənarı bannerlərdə şəklimi yerləşdirdilər. Həmin gündən tanıyanlar bizimlə əlaqə saxlayıb öz dəstəklərini bildirirlər. Kütləvi tədbirlərdə hətta tanımadığım insanlar da yaxınlaşır və dəstək olduqlarını bildirirlər. Qazaxıstan, Tacikistan, Dağıstan və s. diasporların da rəhbərləri, nümayəndələri köməkliklərini təklif edirlər.
-Bəs soydaşlarımız nə kimi dəstək göstərirlər?
-Rəsmi olaraq hələ seçki kampaniyasına başlanılmayıb, deyə ancaq danışıqlarla kifayətlənirik. Seçkilər sentyabrın 18-nə təyin olunub. Azərbaycanlılar bannerin önündə şəkil çəkdirərək sosial şəbəkələrdə yerləşdirib dəstək olmağa çağırış edirlər.
Rusiyada deputatlığa namizəd olan ilk azərbaycanlı qadın

-Platformanızda əsas nələr nəzərdə tutulub?
-Yaşadığımız regionda ekoloji problemlər mövcuddur, bu da yerli əhalinin sağlamlığına mənfi təsir edir. Bununla yanaşı, əhaliyə göstərilən tibbi yardım lazımi səviyyədə deyil. Aztəminatlı əhaliyə göstərilən sosial yardım da onların tələbatını ödəmir. Düzü, görüləcək işlər çoxdur. Və bizim partiya bugünkü mövcud olan problemləri duyur və bunlarla mübarizə aparmaq fikrindədir. Bunu da qeyd etmək istərdim ki, sosial problemləri qadınlar daha həssas hiss edirlər və onlar həmişə bu problemlərin daxilində olurlar. Bu bacarıq bizə təbiətdən verilib, çünki qadın öncə anadır, ailənin qorucusudur.
-Təbliğatınızda hər hansı maneə yaradılırmı?
-Bir azərbaycanlı kimi maneə yaratmırlar. Dünyanın hər yerində olduğu kimi, seçkilərin yazılmamış mövcud qaydaları var.
-Yerli xalqın inam və etimadını qazanmaq üçün hansı işlər görürsüz?
-Seçkiqabağı təbliğat iki-üç ay olur. Əgər buna qədər cəmiyyətdə etimad qazanmamısansa, bu müddətdə heç nə etmək olmaz. Krasnoyarsk diyarında mən 10 ildir, həyat yoldaşım isə 30 ildir ictimai, xeyriyyə işləri ilə aktiv məşğul oluruq. Bu müddətdə müxtəlif sahələrdə çox işlər görmüşük. Gördüyümüz işləri nəzərə alaraq, bir çox dövlət orqanları tərəfindən fəxri fərman, təşəkkür məktublarına layiq görülmüşük.
Rusiyada deputatlığa namizəd olan ilk azərbaycanlı qadın

Lacin.info
Tarix: 9-06-2016, 09:52
Baxış: 3235



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Ваши слова настолько правдивы.. или мне так кажется

      -----------------
      как играть в agario одному
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Вот умора. Не могли сами догадаться


      деньги на карту с плохой кредитной историей
      ------------------------------------------

      Как скажете так и будет.


      card dumps
      -------------------------------------

      Говоря на нашем языке тут все печально и в тоже время просто


      fresh cc dumps
      -----------------------------------------------

      You never change you never stay the same



      cheap dumps
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Люди кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
      даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
      Читайте статья по настройке компа здесь.
      Видео по установке и настройке смотрите тут.
      Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu