Azərbaycan ordusu raket və artilleriya atışlı döyüş təlimləri keçirdi A- / A+
Azərbaycan ordusu raket və artilleriya atışlı döyüş təlimləri keçirdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri praktiki döyüş atışlı təlimlər keçirib.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, təlim mərkəzində 203 millimetrlik “Pion” özüyeriyən artilleriya qurğularının tətbiqi ilə divizion taktiki təlimi, eləcə də artilleriya birləşmələri ilə raket zərbələrinin və atəşin idarə edilməsi icra olunub.

Taktiki təlimlərə Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatları (PUA) da cəlb edilib.

Təlimdə örtülü atəş mövqeyindən müşahidə olunmayan hədəfləri dəqiq məhv etmək və susdurmaq üçün PUA-ların köməyi ilə hədəflərin qısa zamanda aşkar edilməsi və artilleriya vasitələri ilə dağıdılması təmin olunub.

Azərbaycan ordusu raket və artilleriya atışlı döyüş təlimləri keçirdi

Təlimdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan ordusu raket və artilleriya atışlı döyüş təlimləri keçirdi
Azərbaycan ordusu raket və artilleriya atışlı döyüş təlimləri keçirdi
Azərbaycan ordusu raket və artilleriya atışlı döyüş təlimləri keçirdi



Lacin.info
Tarix: 28-08-2015, 15:16
Baxış: 577







  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Erməni baş prokuror Azərbaycan torpaqlarında

Son xəbərlər
Sorğu