Abituriyentlər iş nömrələrini 7727-yə göndərməklə nəticələri öyrənə biləcəklər A- / A+
Abituriyentlər iş nömrələrini 7727-yə göndərməklə nəticələri öyrənə biləcəklər

Bu gün qəbul imtahanlarının nəticələri açıqlanacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, nəticələrin axşam saatlarında elan olunması nəzərdə tutulur.

Nəticələr elan olunduqdan sonra hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Xatırladaq ki, 24 may tarixində I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirilib.

Ali təhsil müəssisələrinə ixtisas seçimi iyulun 30-dan avqustun 11-dək aparılacaq. Müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qrupları üzrə ixtisas seçiminə ümumi balı 200-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Əgər müsabiqə şərtlərində hər hansı dəyişiklik olarsa, bu haqda məlumat veriləcək.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisas seçimində iştirak etmək üçün qoyulan tələblər bu ilki məzunların qəbul imtahanları başa çatdıqdan sonra – iyul ayında TQDK tərəfindən müəyyən olunur.

Lacin.info
Tarix: 26-05-2015, 12:39



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu