Əhali arasında yayılan xəstəlik nədir? - Baş terapevtin CAVABI A- / A+
Əhali arasında yayılan xəstəlik nədir? - Baş terapevtin CAVABI


Bu gün Bakıda əhali arasında rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir.

Lacin.info Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti Rəhilə Əliyeva deyib.

Onun sözlərinə görə, xəstəliyin ağırlaşmaması üçün özündə zökəm əlamətlərini hiss edən şəxslər həkimə müraciət etsinlər.

R.Əliyeva qeyd edib ki, xəstəliklərlə bağlı müraciətlər daha çox mövsüm ərzində - sentyabr-may aylarında daxil olur.

R.Əliyeva bildirib ki, mövsüm ərzində daha çox tənəffüs sistemi, ürək-damar sistemi, mədə-bağırsaq, sümük-oynaq xəstəlikləri ilə bağlı müraciətlər edilir.

Baş terapevt əlavə edib ki, Kliniki Tibbi Mərkəzin iki terapevtik şöbəsinə ötən ilin sentyabr-dekabr aylarında 378 müraciət daxil olub: "Müraciətlərin sırasında ilk yeri ürək-damar sistemi xəstəliklərinə görə edilən müraciətlər tutur. Qeyd edilən müddətdə 113 nəfər xəstəxanaya müraciət edib və stasionar müalicə edilib. Sonrakı yerləri isə bronxial astma, pnevmaniya, tənəffüs yollarının iltihabı və s. tutub".
Tarix: 25-01-2018, 10:26



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Əvvəlcə sevdiklərini itirdi, sonra... - Dərddən ciyəri tək taleyi də çürüyən nakam jurnalist

      Son xəbərlər
      Sorğu