Dünya İnsan Alverinə Qarşı mübarizə günü qeyd edilib A- / A+
Dünya İnsan Alverinə Qarşı mübarizə günü qeyd edilib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, ABŞ-ın Beynəlxaq İnkişaf Agentliyi (USAID), ABŞ Dövlət Deportamentinin Narkotiklər və Huquq Mühafizəyə dair Beynəlxalq məsəslələr üzrə Bürosu (INL), Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq ictimaiyyət və vətəndaş cəmiyyəti 30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Gününü birgə qeyd ediblər. SİA-nın verdiyi məlumata görə, 30 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən insan alveri, bu məhfumun təhlükəsi və fəsadları haqqında məlumatlılığın artırılması məqsədi ilə “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ilə birgə Dünya İnsan Alverinə Qarşı mübarizə günü qeyd edilib.

Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID ) Azərbaycan nümayəndəliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Randall Olson, BMqT Azərbaycan Nümayəndəliyinin rəhbəri Serhan Aktopark iştirak edərək tədbirdə İnsan alverini törədən amillər haqqında və onunla mübarizə yolları barədə çıxışlar ediblər.
Çıxış edən Beynəlxalq Təşkilatların ölkəmizdə olan təmsilçıləri Azərbacan dövlətinin İnsan Alverinə Qarşı Mübarizə sahəsində apardığı tədbirləri yüksək qiymətləndirib və bu mübarizə mexanizmlərin bir çox ölkələr üçün nümunə ola biləcəyini bəyan ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov İdarərinin gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi və Cənab Prezidentin İnsan Alverinə Qarşı Mübarizə sahəsində imzaladığı fərman və sərəncamların Milli Koordinatorun bir başa nəzarəti və rəhbərliyi ilə yüksək səviyyədə icra olunmasını bəyan etdi. Tədbirdə bu sahədə çalışan vətəndaş cəmiyyətinin üzvləri, KİV-nin nümayəndələri, gənclər və s. iştirak edirdilər.

Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən belə bir tədbir 28 iyul 2017-ci ildə Gəncə şəhərində də təşkil olunub.

Dünya İnsan Alverinə Qarşı mübarizə günü qeyd edilib

Dünya İnsan Alverinə Qarşı mübarizə günü qeyd edilib

Lacin.info
Tarix: 31-07-2017, 12:27







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu