Pirallahıda Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub A- / A+
Pirallahıda Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub


“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Pirallahı rayonunun təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlə keçirilir. 01 iyun 2017-ci il tarixində Pirallahı rayonunda “Uşaqların Beynəlxalq Müdafiə Günü"nə həsr olunmuş növbəti tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, mədəniyyət və təhsil ocaqlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, körpələr və məktəblilər iştirak etdilər.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov bayram münasibətilə körpə fidanları, məkəbliləri təbrik etdi və gələcəyimiz olan uşaqların sağlam və hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan əlverişli şəraitdən danışdı. Natiq diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti İlham Əliyev uşaqların sağlam və firəvan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Hikmət Şikarov bildirdi ki, ölkənin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirir. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün mütəmadi olaraq uğurlu layihələr həyata keçirilir.
Tədbirdə balacaların nümayiş etdirdiyi şeir və digər səhnəciklər, müxtəlif mahnı və rəqs nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Çilov adasında yerləşən uşaq bağçasında da tədbir keçirilmişdir. Tədbir zamanı uşaqların nümayiş etdirdikləri şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır. Tədbirin sonunda Qızıl Aypara cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tərəfindən balaca fidanlara hədiyyələr təqdim olunmuşdur.
Pirallahıda Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub

Lacin.info
Tarix: 1-06-2017, 16:32







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu