Pirallahıda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli yolları müzakirə olunub A- / A+
Pirallahıda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli yolları müzakirə olunub

Pirallahı rayonunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə martın 9-da keçirilən müşavirədə verilmiş tapşırıqların icrası və qarşıya qoyulan vəzifələrlə bağlı məsələlər müzakirə olunub.
Rayon icra hakimiyyətindən bildiriblər ki, bununla bağlı keçirilən müşavirədə rayonun müəssisə və təşkilatlarının, yerli strukturlarının, xidmət sahələrinin, təhsil və səhiyyə ocaqlarının rəhbərləri, işğal olunmuş rayonlardan olan məcburi köçkün ailələrinin nümayəndələri iştirak ediblər.
Pirallahıda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli yolları müzakirə olunub

Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin qarşılaşdıqları problemlərin həllini hər zaman diqqət mərkəzində saxlayır. Bu istiqamətdə düşünülmüş dövlət siyasəti həyata keçirilir, bu qəbildən olan soydaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq dövlət proqramları qəbul olunub və icra edilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk müşavirənin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr olunması sübut edir ki, xalqımızı hər an narahat edən bu məsələ dövlət siyasətinin əsasını təşkil edir.
Bildirilib ki, 1992-1993-cü illərdə Pirallahıya pənah gətirən məcburi köçkünlərin əsas əmək ixtisasları kənd təsərrüfatı ilə bağlı olsa da, hazırda onların bir çoxu neftçi, inşaatçı, nəqliyyatçı və digər ixtisaslara yiyələnib, fərdi sahibkarlıqla məşğul olanlar üçün əlverişli şərait yaradılıb. Onlar, əsasən "Abşeronneft", "Neft Daşları" və "28 May" NQÇİ-lərdə, 5 saylı Nəqliyyat Departamentində, MKTB-də, Sukanal idarəsində və digər sahələrdə çalışırlar. Pirallahı qəsəbəsində məcburi köçkünlər üçün hündür mərtəbəli binaların tikintisi üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə hərəsi 3 hektar olmaqla, cəmi 6 hektar torpaq sahəsi ayrılıb. Məcburi köçkünlərin işlə təminat və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzində saxlanılır.
Məcburi köçkünlər adından çıxış edənlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Pirallahıda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli yolları müzakirə olunub

Lacin.info
Tarix: 15-03-2017, 16:07







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu