Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi növbəti layihəsinin icrasına başlayıb A- / A+
Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi növbəti layihəsinin icrasına başlayıb

Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Genderəsaslı zorakılıq qurbanlarına yardım göstərən Gəncə Yardım Mərkəzinin fəaliyyətinin davam etdirilməsinin dəstəklənməsi” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi yaradılmış Gəncə Yardım Mərkəzinin fəaliyyətini davam etdirmək, maarifləndirmə işini genişləndirməklə genderəsaslı zorakılıqla mübarizəyə daha çox insanı cəlb etmək və onun aradan qalxmasına dəstək verməkdir.
Layihənin Gəncə şəhəri, Goranboy və Gədəbəy rayonlarında həyat keçirilir. Layihədə əsas hədəflər gənclərdir. Bunun üçün Gəncə şəhərində fəaliyyət göstərən universitet və kollec tələbələri, rayonlarda isə aidiyyatlı idarələrin nümayəndələri, gənclərlə məlumatlandırma sessiyaları və görüşlər planlaşdırılmışdır.
Gəncə şəhərində Musiqi kollecinin tələbələri, müxtəlif təhsil müəssisələrində təhsil alan və işləyən gənc oğlan və qızlarla görüşlər keçirilmişdir. Görüşlərdə layihənin məqsədinə uyğun olaraq genderəsaslı zorakılıq haqqında məlumat verilmiş, gənclərə Məişət zorakılığı haqqında Azərbaycan Respublikasının Qanunundan danışılmış, Gəncə Yardım Mərkəzinnin fəaliyyəti və əsas məqsəd bəyan edilmişdir. Görüş iştirakçıları olan gənclər, xüsusilə də oğlanlar məsələyə münasibətlərini bildirmiş, hər cür zorakılığı və onun fəsadlarını pisləmişlər. Onlar genderəsaslı zorakılıqla mübarizədə öndə olacaqlarını bəyan etmiş, zorakılığa məruz qalanların isə mərkəzə istiqamətləndirilməsində yaxından iştirak edəcəklərini bildirmişlər. Musiqi kollecinin tələbələri hətta bununla bağlı bir kompozisiya da hazırlayacaqlarını bildirmişlər.
Məlumat üçün bildiririk ki, Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Yardım Mərkəzi kimi akkreditasiyadan keçmişdir.

Lacin.info
Tarix: 14-06-2018, 14:44
Baxış: 55



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu