Şagirdlər ekologiyanı qorumağın yollarını araşdırıblar A- / A+
Şagirdlər ekologiyanı qorumağın yollarını araşdırıblar

Təhsil sahəsində sürətlə gedən qloballaşma, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası, Avropa standartlarına uyğunlaşdırılması, bu aspektdə innovativ təlim metodlarının tətbiqinin genişləndirilməsini, o cümlədən yeni təlim texnologiyaları, fəal və interaktiv təlim metodlarından istifadə etməklə ümumi təhsilin keyfiyyət göstəricilərinin artırılması zərurətini yaradır. Hər tədris ilində orta ümumtəhsil məktəblərində keçirilən açıq dərslərin yaranma tarixi ötən əsrin sonlarına təsadüf etsə də, anoloji dərslərdə tədris metodu, şagirdlərin dünyagörüşünü artırmaq, erudisiyasını, nəzəri biliklərini, yüksək məntiqi dəyər və düşüncələrini sərgiləmək baxımından hər zaman aktualdır. Açıq dərs, müvafiq mövzunun müəllim və şagirdlər tərəfindən aydın, ifadəli, vüzual olaraq təqdim olunmasıdır. Bu təqdimatın uğurlu olması müəllim və şagird “əməkdaşlığından” çox asılıdr. Bu tip dərslər, müəllim və şagirdərin qarşılıqlı fikir mübadiləsi olmaqla yanaşı, həm də şagirdin fərdi düşüncəsini , mövzünu mənimsəmək, təhlil etmək bacarığını ortaya qoymasıdır. Müvafiq dərs zamanı aşagıdakı iş formatlarından istifadə olunur: qruplarla iş, fərdi iş, bütün siniflə iş.
Sumqayıt şəhər Humanitar və Təbiət-Riyaziyyat Təmayüllü İstedad Liseyının 4 “ç” sinfində keçirilən “açıq dərs” sözügedən dərs forması idi. İbtidai sinif müəlimi Rövşanə Bəbirli tərəfindən “Həyat bilgisi” fənni üzrə keçirilən dərs, “Ekologiya nədir” mövzusuna həsr olunmuşdu. 4 “ç” sinif şagirdləri əvvəlcə dərsdə işirak edən “İstedad”liseyinin direktoru Adilə Süleymanova və digər qonaqları salamladılar.
Dərsin mövzusuna uyğun olaraq şagirdlərə “Təbiəti qoruyaq” adlı videoçarx nümayiş olundu. Videoçarxda təbiətin qoynunda dincələn dostların “piknik” etdikdən sonra, ətraf mühitə vurduğu ziyandan- istifadə etdikləri əşyaları, yeyib içdikləri məmulatları laqeyidliklə yerə atmasından, bu azmış kimi meşəni yandırmasından vizual olaraq bəhs olundu. Filmə ad verərək onu ətraflı şəkildə təhlil edən şagirdlər bidirdilər ki, ətraf mühit, həyatın var olma səbəbidir. İnsanlar tərəfindən ona edilən təsirlər bəşəriyyətə qarşı sui-qəsdə bərabərdir. Biz ətraf mühiti qorumaqla, həyatı qorumuş oluruq. Filmlə bağlı şagirdlərin fikirlərini təhlil edən müəllimə R. Bəbirli, bildirdi ki deyilənlərin hamısını “Ekologiya” adlandirmaq olar. O, ekologiya elmininin yaranma tarixindən və zərurətindən bəhs etdi. Bildirdi ki açıq dərsdə mövzuya uyğun olaraq məqsəd canlı və cansız təbiət arasında qarşılıqlı əlaqələri, təbiətə ziyan vuran süni amilləri, Azərbaycanın əsas ekoloji problemini öyrənməkdir.
Sonra şagirdlərə “Bəxt üzüyü”kinofilmindən ekologiya ilə bağlı məhşur fraqment təqdim olundu. Eyni zamanda “Ekologiya nədir?”, “Ekologiya elminin təbiətin qorunmasında rolu nədən ibarətdir?” suallarını araşdırmaq tapşırığı verildi. Şagirdlər həyat mühiti və ekoloji faktorlar; insan tərəfindən təbii ekosistemlərin fəaliyyət prinsiplərinin pozulması və onun ekoloji nəticələri; ətraf mühitin əsas çirkləndiricilərinin xarakteristikası və onların insanın sağlamlığına təsiri, avtomobil nəqliyyatının tullantılarının ətraf mühitə və insanın sağlamlığına təsiri ilə bağlı səhnəciklər təqdim etdilər.
Dərslikdəki “Ekologiya nədir?” mətnini sürətli və səlis oxuyan şagirdlər qırmızı, ifadəsiz oxuyanların isə sarı kartlla qiymətləndirilməsi ilə bağlı məlumat verildi. Eyni zamanda tapşırıdı ki, fəaliyyətləri üzrə yaradılan “Su”, “Təbiət ”, ”Hava” “ Torpaq”, “İnsanlar” qrupunun üzvləri yuxarıda göstərilən suallar üzrə araşdırma apasınlar.Qeyd edək ki şagirdlər fəaliyyətləri üzrə araşdırmalarını, təbii hadisələr zamanı ətraf mühiti çirkləndirən amillərdən bəhs edən çarxın müşayiəti ilə apardılar.
Qruplar fəaliyyət proqramlarını ardıcıl olaraq təqdim etdi. Əvvəlcə “Hava” qrupunun “havanı çirkləndirən amillər hansılardır?” ,” havanı çirklənmədən qorumaq hamının borcudur” mövzusu üzrə təqdimatı oldu. Bildirildi ki, ətraf mühitin çirklənməsi — antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Çirkləndiricı elementlərə bərk, maye və qaz şəkilli maddələr, zıyanlı radiasiya və səs-küy daxildir. Ağır metallar fosfat, nitrat, kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan zəhərli kimyəvi maddələr ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səs-küyü daha çox ziyanlıdır. Çirklənməyə qarşı ciddi nəzarətin qoyulması bəşəriyyət qarşısında böyük problem sayılır.
“Su”qrupunun təqdimatı “Xəzər dənizi niyə və nə üçün çirklənir? .Suyun təbiətdə rolu”mövzusu oldu. Təqdimatda bildirildi ki, çaylar vasitəsilə hər il Xəzərə çoxlu çirkab suları daxil olur. Onun yarıdan çoxu Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayı da iştirak edir. Kür çayı Gürcüstan Respublikasının əraziindən keçib, özü ilə çirki sənaye və məişət sularını, kənd təəssürüfatında işlədilən müxtəlif zəhərli maddələri Xəzəzrə gətirir. Xəzər sahillərində yerləşən Bakı, Sumqayıt şəhərinin kanalzaiya suları da, Xəzəzrə tökülür. Bundan başqa neft sularının daşınması, dəniz nəqiliyyatı da, Xəzər sularını xeyli çirkləndirir. Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı burada cəmləşmişdir. Məlumdur ki, nərə balığından dünyada çox qiymətli sayılan qara kürü alınır. İçməli su da, tədricən azalır. Bunun əsas səbəbbi içməli su mənbələrinin çirklənməsidir.
Şagirdlər ekologiyanı qorumağın yollarını araşdırıblar

“Torpağın xassələri hansılardır? Torpaq nə zaman çirklənir?”-suaları “Torpaq” qrupunun təqdimatına aid idi: Torpağın əsas xassəsi onun münbitliyidir. Münbütlilik torpağın, bitkinin norma yaşaması məhsul yetişməsindən ötrü qida elementləri, və su onun kök sistemini hava və istiliklə təmin etmək onun qabiliyyətidir. Tərkibində çürüntü maddələri çox olan torpağın rəngi qara olur. Belə torpaqlar “qara torpaq” аdlanır. Qara torpaq rütubəti yaxşı saxlayır, tərkibində qida maddəəri çox olur. Çürüntü maddələrlə zəngin olan torpaq münbit sayılır. Torpağı qorumaq, onun məhsuldarlığını artırmaq hamının borcudur.Torpağı böyütmək-kiçiltmək olmaz, yerini dəyişmək olmaz
“Təbiət” qrupunun təqdimatı” Cəmiyyətin inkişafı ətraf mühitə necə təsir edir və ekologiyanın vəzifəsi nədir?” suallarından ibarət idi. Təqdimatda deyildi ki, ətraf mühit: insanları əhatə edən, onarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpar, hava, canlılar, əşyalar, qurğular nəzəzrdə tutulur. Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. mühitin obyektləridir. Ətraf mühitə təsir edən neqativ təsirlər dünya durduqca mövcuddur. Biosferdə bu neqtiv təsirlərin mənbəyi iqlimin dəyişməsi, tufanalr, zəlzəə və s-dir. Ekologiyanın vəzifəsi ətraf mühiti çirklənmədən qorumaqla bitmir. Çox vaxt ekologiyanı orqanizmlər arasında , orqanizmlə ətraf mühit, canlı və cansız varlıqların arasında, orqanizmlə münasibətləri öyrənən elm də adlandırılır. Təbiətdə hər şey zəncir kimi bir biri ilə bağlıdır.
Şagirdlər ekologiyanı qorumağın yollarını araşdırıblar

“İnsanlar” qrupu,” İnsanlar təbiətə zərər vermədən ondan necə istifadə edirər?”,” təbiətin mühafizə günü varmı?” sualı ilə bağlı təqdimat etdilər. Qeyd olundu ki, təbiəti qorumaq üçün ağac əkmək çox faydalı, həm də çətin olmayan bir işdir. Bütün vətəndaşlar vətənin təbiətini, yaşıllığı qorumağı özlərinə borc bilməlidirlər. İnsanlar yeni ixtira edərkən çalışmalıdırlar ki, təbiətə ziyan vurmasın. İnsanlar ekologiyanın ən böyük düşməni olan müharibələrdən çəkinməidirlər.
Qrupların təqdimatından sonra şagirdlərə “ağlayan yer kürəsi”- fotosu təqdim olundu. Fotonu “gülən yer kürəsi” formasında tərtib etmək üçün problemli situasiya yaradıldı. Situasiyaya əsasən “Hava” qrupunun üzvləri meşədəki quşlar, “Su” qrupunun üzvləri dənizdəki baıqlar, “Təbiət” qrupunun üzvləri meşədəki ağaclar, “Torpaq” qrupunun üzvləri şərti olraq meşədəki heyvanlar, “İnsanlar” qrupunun üzvləri fabrik rəhbərləri və işçiləri hesab olundu. Situaiyadakı problemi çözmək üçün qrup üzvləri aralarında disskusiya, qarşılıqlı polemika aparıldı, hər masa öz iradını “fabrik rəhbərliyinə və işçilərinə” bildirdi.
Ölkədə baş verən ekoloji vəziyyətlə tanış olan şagirdlər kiçik səhnəciyə də, tamaşa etdilər. Səhnəcikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın ətraf mühitin mühafizəsi ilə əlaqədar fikirləri səsləndirildi. Sonra şagirdlər ekoogiya ilə bağlı mahni oxudurlar.
R. Bəbirli xüsusi meyarlar-mətni sürətli oxuma, ekoloji problemləri tanımaq qabiliyyəti, bu problemlərdən yaranan fəsadların həlli yollarını araşdırmaq bacarığına görə şagirdləri qiymətləndirdi. Dərsin sonunda ev tapşırığı olaraq, şagirdlərə yaşadıqarı yerin
ekoloji problemləri ilə bağlı təqdimat hazırlamaq tapşırıldı
Müasir dərsin tələblərinə cavab verən dərsin sonunda müəllimlər tərəfindən dərs təhlil olundu. Dərsin mənfi və müsbət tərəfləri araşdırıldı.
Şagirdlər ekologiyanı qorumağın yollarını araşdırıblar


Lacin.info
Tarix: 7-05-2018, 16:51
Baxış: 77







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Erməni baş prokuror Azərbaycan torpaqlarında

Son xəbərlər
Sorğu