Azərbaycanda “Açıq hökumət”in uğurları A- / A+
Azərbaycanda “Açıq hökumət”in uğurları
Azərbaycan 5 ildən artıqdır ki, Açıq Hökumət Tərəfdaşlığı (AHT) adlı beynəlxalq təşəbbüsə qoşulub. Açıq Hökumət Tərəfdaşlığı hökumətlərin vətəndaşlar qarşısında şəffaflığın təşviqi, vətəndaşlara daha böyük səlahiyyətlərin verilməsi, korrupsiya ilə mübarizə və idarəetmənin gücləndirilməsi üçün yeni texnologiyaların tətbiqi istiqamətində öhdəliklər götürdüyü könüllü beynəlxalq təşəbbüsdür. Açıq hökumət prinsipləri, daim bu strategiyanın ayrılmaz hissəsi olmuş və həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutmuşdur. Ölkəmiz açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə də öz töhfəsini vermiş və “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olmuşdur.

Dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən və Birləşmiş Millətlər Təşkilatının 2015-ci il “Dövlət Xidmətləri Mükafatına” layiq görülmüş innovativ “ASAN xidmət” modeli bu yanaşmanın uğurlu nümunəsidir. Açıq hökumət prinsiplərindən biri olan ictimai iştirakçılığın genişlənməsi üçün qanunvericilik bazasını təmin edən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu və icrası dövlət orqanları yanında ictimai şuraların yaradılmasını, ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin müzakirəsində və dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının daha sıx iştirakını təmin etmişdir.
Azərbaycan 2015-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 148 ölkə arasında 40-cı yeri, Dünya Bankının “Doing Business” 2016-cı il hesabatında isə “Biznesə başlama” meyarı üzrə 189 ölkə arasında 7-ci yeri tutmuşdur. Dövlət orqanları tərəfindən açıq hökumətin təşviqi üzrə həyata keçirilən layihələr və təşəbbüslər prioritet müəyyən edilmiş, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına dəstək göstərilmişdir.
Azərbaycan rəsmi olaraq 20 sentyabr 2011-ci ildə xarici işlər nazirinin rəsmi məktubu ilə AHT-yə qoşulub. Dövlətimiz “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulmaqla “Açıq Hökumət”in təşviqi və şəffaflığın artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə qoşulmaq niyyətini bildirib. Azərbaycan “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulduqdan sonra “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı” Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli fərmanı ilə təsdiqlənib. Milli Fəaliyyət Planının əsas prinsip və dəyərləri dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və yeni sosial texnologiyaların tətbiqi kimi bəyan olunmuşdu. Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı 9 əsas tematik öhdəlik qrupundan ümumilikdə, 43 əsas və köməkçi fəaliyyət növlərindən ibarət idi. Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Komissiyası tərəfindən aparılan 2012-2013-cü illәr üzrə aparılan qiymətləndirməyə əsasən dövlət orqanları tərәfindən Fәaliyyət Planında nәzərdə tutulan fəaliyyətlərin 64%-i icra edilmişdir. Ümumi olaraq Komissiya tərəfindәn aparılan qiymətlәndirmənin nәticəsinə əsasәn isə Fәaliyyәt Planında 2014-ci il üçün nəzәrdə tutulan tәdbirlәrin dövlәt qurumları tərəfindәn tam icra vәziyyәti 76% müәyyәn edilib.

27 aprel 2016-cı il tarixdə AR Prezidentinin müvafiq sərəncamı ilə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir. Milli Fəaliyyət Planının təsdiqlənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti sərəncamının 5-ci bəndində tövsiyə olunub ki, tədbirlərin həyata keçirilməsinə, dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutları cəlb olunsun. Eyni zamanda "Açıq Hökumət Tərəfdaşlığı"nın əsas prinsiplərindən biridə Fəaliyyət Planının icrasının vətəndaş cəmiyyətinin cəlb edilməsidir. Açıq HökumətinTəşviqi üzrə vətəndaş cəmiyyəti Platformasının formalaşdırılması üçün imkan yaradılması çox vacibdir.

Siyavuş Əmirli
"Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Rezonans" Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin rolu” adlı layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir".

Tarix: 1-12-2016, 12:44
Baxış: 3542



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu