Aqil Nəzərli sakinləri narahat edən problemləri dinlədi -FOTO A- / A+
Aqil Nəzərli sakinləri narahat edən problemləri dinlədi


Laçın Rayon İcra Hakimiyyəti rəhbərliyi əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə mütəmadi olaraq səyyar qəbullar keçirir. Belə görüşlər mövcud problemlərin həllinə müsbət təsir göstərir.

Lacin.info xəbər verir ki, növbəti qəbul noyabr ayının 23-də RİH-nin inzibati binasında keçirilib. Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli,rayonun idarə və müəssisə rəhbərləri və 30- dan çox sakin iştirak edib.

Qəbulda rayon sakinlərini narahat edən mənzil şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunma, ailə vəziyyəti ilə bağlı maddi köməklik olunması və digər məsələlərlə bağlı müraciətlər ətraflı dinlənilərək həlli mümkün məsələlərlə bağlı aidiyyəti üzrə yerindəcə tapşırıq verilərək icrası nəzarətə götürülüb.

Eyni zamanda müraciətlərdə həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı isə vətəndaşlara lazımi hüquqi izahat və istiqamət verilib.
Qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Lacin.info
Tarix: 24-11-2016, 12:16
Baxış: 1915



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu