Elmar Məmmədyarov Türkmənistan prezidenti ilə görüşüb A- / A+
Elmar Məmmədyarov Türkmənistan prezidenti ilə görüşüb


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistana rəsmi səfər çərçivəsində ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.

Prezident Q.Berdiməhəmmədov salamlarının və ən xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüşdə Türkmənistan Prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri və iki ölkənin dövlət başçıları səviyyəsində yüksək siyasi dialoqun ölkələr arasında ənənəvi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi qeyd olunub.

Hər iki ölkənin xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsində əzmli olduğu vurğulanıb.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin nümayəndələrinin də daxil olmasının və aidiyyəti qurumlarla işgüzar görüşlərin keçirilməsinin enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığı qeyd olunub. Türkmənistan Prezidentinin Azərbaycana son rəsmi səfəri çərçivəsində xüsusilə iqtisadiyyatın müxtəlif sahələrinə dair imzalanmış sənədlər paketinin iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün mühüm zəmin yaratdığı bildirilib.

Nazir E.Məmmədyarov artıq fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin işə düşməsinin region ölkələri arasında nəqliyyat imkanlarını əsaslı dərəcədə artırdığını diqqətə çatdırıb.

Ölkələr arasında mövcud olan ikitərəfli əlaqələrin Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə üçtərəfliformatda inkişaf etdirilməsinin regional əməkdaşlıq və çiçəklənməyə xidmət etdiyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tarix: 31-01-2018, 11:00



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Əvvəlcə sevdiklərini itirdi, sonra... - Dərddən ciyəri tək taleyi də çürüyən nakam jurnalist

      Son xəbərlər
      Sorğu