Putindən ABŞ-ın sanksiya siyahısına REAKSİYA: “İt hürər, karvan keçər” A- / A+
Putindən ABŞ-ın sanksiya siyahısına REAKSİYA: “İt hürər, karvan keçər”


Rusiya prezidenti Vladimir Putin ABŞ Maliyyə Nazirliyinin "Kreml hesabatı" sənədinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün səlahiyyətli nümayəndələri ilə keçirilən görüşdə Vladimir Putin ABŞ tərəfinin bu addımını dostcasına olmayan hərəkət adlandırıb: "Mən bu sənədi, siyahını görməmişəm. Səhər həmkarlarım məlumat verdilər, lakin siyahıya baxmadım. Bu sənəd və siyahı barədə ümumilikdə demək istədiklərim var. Biz sizinlə birlikdə daha çox özümüz haqqında düşünməliyik. İqtisadiyyatımızı, kənd təsərrüfatımızı, səhiyyəmizi, müdafiə qabiliyyətimizi inkişaf etdirməliyik. Məhz onda hansısa siyahı formalaşdırmağın heç bir mənası olmayacaq. Hədələmək, qorxutmaq - bunların heç bir olmayacaq. Rusiya daxili məsələləri ilə məşğul olmalıdır. İt hürər, karvan keçər. O ki qaldı siyahıya, əslində, bizim hamımızı, yəni 146 milyonu hansısa siyahıya salıblar. Bunun niyə edildiyini anlamıram. Lakin sözsüz ki, bu, dostcasına olmayan aktdır.

Bu addım onsuz da mürəkkəb vəziyyətdə olan Rusiya-ABŞ münasibətlərini daha da çətinləşdirir, ümumilikdə, beynəlxalq münasibətlərə böyük zərər vurur. Baxın, görün, nə axmaqlıq baş verir. Rusiyanı Şimali Koreya və İranla bir sıraya qoyurlar, eyni zamanda bizdən xahiş edirlər ki, Şimali Koreyanın nüvə probleminin həllində iştirak edək. Bu, bəyəm axmaqlıq deyil?"

Rusiya prezidenti bu siyahını gözlədiklərini də vurğulayıb: "Gizlətməyəcəm, biz bu siyahını gözləyirdik. Cavab tədbirləri görməyə də hazır idik. Bunlar münasibətlərimizi sıfıra endirə biləcək tədbirlərdi. Lakin biz əks addımlar atmaqdan hələlik özümüzü saxlayırıq".

V. Putin adının sanksiya tətbiq olunması üçün hazırlanan siyahıya düşməməsinə də münasibət bildirib.

"Bu mənə ağır gəlir", - deyə Rusiya lideri bu barədə suala zarafatla cavab verib.
Tarix: 30-01-2018, 13:24



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Əvvəlcə sevdiklərini itirdi, sonra... - Dərddən ciyəri tək taleyi də çürüyən nakam jurnalist

      Son xəbərlər
      Sorğu