Fevralda Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək A- / A+
Fevralda Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək


Fevral ayında Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək.

Lacin.info xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.


X.Xələfov qeyd edib ki, razılaşdırılmış konvensiya layihəsinin ingilis dilində mətni və digər mətnlər üzrə texniki işləri başa çatdırılmalıdır: “Bununla bağlı işçi qrupunun iclası olacaq. İşçi qrupunun görüşü fevralda keçirilə bilər”.


Nazir müavini əlavə edib ki, Qazaxıstanda Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbulu ilə bağlı keçiriləcək sammitin tarixi məhz təşkilatçı ölkə tərəfindən irəli sürülməli, tarixi isə digər Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır:

“Bundan əvvəl sammitin ilin birinci yarısında keçirilməsi nəzərdə tutulurdu. Lakin hər şey Qazaxıstan rəhbərliyindən asılıdır, çünki sammiti qəbul edən tərəf onlardır”.
Tarix: 20-01-2018, 09:36



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Əvvəlcə sevdiklərini itirdi, sonra... - Dərddən ciyəri tək taleyi də çürüyən nakam jurnalist

      Son xəbərlər
      Sorğu