Xarici İşlər Nazirliyinin “qara siyahısı”nda 600-ə yaxın ad var A- / A+
Xarici İşlər Nazirliyinin “qara siyahısı”nda 600-ə yaxın ad var

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin XİN) arzuolunmaz şəxslər siyahısında 600-ə yaxın insanın adı var.

Lacin.info-nun məlumatına görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci il xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, 2017-ci il ərzində 10-a yaxın şəxs adlarının bu siyahıdan çıxarılması ilə bağlı Azərbaycan tərəfinə müraciət edib.

Onun sözlərinə görə, müraciət edənlərin bir qisminin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb və digərlərinin müraciətlərinə baxılır.

Dağlıq Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşlarının məsələsinə gəlincə, H.Hacıyev bildirib ki, bununla bağlı Azərbaycan hüquq-mühafizə orqanları Türkiyənin hüquq-mühafizə orqanları ilə təmasları davam etdirir.

XİN rəsmisi vurğulayıb ki, aparılan təbliğat və maarfləndirmə işləri nəticəsində insanlar artıq Ermənistanın yalanlarına uymurlar, həmçinin bəzi ölkələrin xarici işlər nazirlikləri bu cür səfərlərin hüquqi məsuliyyət daşıması ilə bağlı öz internet səhifələrinə xəbərdarlıqlar yerləşdirib.
Tarix: 28-12-2017, 08:17







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu