Saakaşvilinin mitinqinə Azərbaycan diasporunun fəalları da qatılıb A- / A+
Saakaşvilinin mitinqinə Azərbaycan diasporunun fəalları da qatılıb

Xəbər verdiyimiz kimi, dünən Ukraynanın paytaxtı Kiyev şəhərində Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin "Yeni Qüvvələrin Hərəkatı" tərəfindən təşkil edilmiş "İmpiçment uğrunda marş" şüarı ilə aksiya keçirilib.
Lacin.info xəbər verir ki, minlərlə ukraynalının iştirak etdiyi mitinqə Azərbaycan diasporunun fəalları da qatılıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov yürüş zamanı və mitinqin keçirildiyi məkanda Mixail Saakaşvilinin yanında olub.
Mitinqdə Ukrayna ilə yanaşı Azərbaycan bayrağı da dalğalanıb.
Aksiya iştirakçıları Taras Şevçenko adına parkda toplaşıblar, sonra hökumət orqanlarının binasına tərəf gediblər.
Aksiyaçılar bildiriblər ki, Ukraynada vəziyyət prezident Petr Poroşenkonun xalqın impiçmenti yolu ilə yaxşılaşa bilər. Mitinqçiləri hüquq-mühafizə orqanlarının əməkdaşları müşayiət ediblər.
M.Saakaşvili növbəti mitinqin bazar günü - Maydanda keçiriləcəyini elan edib. Bildirib ki, onu həbs etsələr belə "Yeni Qüvvələrin Hərəkatı" məqsədinə çatmalıdır.
Həm yerli, həm də beynəlxalq ekspertlər vurğulayır ki, M.Saakaşvili Maydanda keçirəcəyi mitinqlə hazırkı prezident Petro Poroşenko və hökumətinin sonunu hazırlaya bilər.

Saakaşvilinin mitinqinə Azərbaycan diasporunun fəalları da qatılıb
Saakaşvilinin mitinqinə Azərbaycan diasporunun fəalları da qatılıb
Tarix: 4-12-2017, 10:01



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçından ən son görüntülər

      Son xəbərlər
      Sorğu