QHT jurnalistlər arasında müsabiqə elan edib A- / A+
QHT jurnalistlər arasında müsabiqə elan edib

“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi regionda təhlükəsizlik və separatismə qarşı mübarizə mövzusunda yazı müsabiqəsi elan edir. “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi jurnalistlər üçün “Ölkədə və regionda təhlükəsizlik və sabitlik naminə xalqlar arasında inteqrasiya” və “Cənubi Qafqaz regionunda separatizm və təhlükəsizlik” mövzularında yazı müsabiqəsi elan edir:
Müsabiqənin şərtlərinə görə məqalələr yuxarıda göstərilən mövzulardan birini əhatə etməlidir. Qoyulan mövzularda separztizm ilə bağlı cəmiyyəti narahat edən məsələlər qabardılmalıdır. Məqalələrdə ekspert rəyləri, məsələyə yanaşmada mövqeləri, xüsusilə rəsmi strukturların münasibətinin əks etdirilməsi, araşdırmalar və s. arzu olunandır. Müsabiqəyə təqdim olunacaq hər bir məqalənin sonunda aşağıdakı məlumat mütləq qeyd olunmalıdır: “Bu yazı “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin elan etdiyi müsabiqəyə təqdim edilir”.
Yalnız mətbuatda dərc olunmuş və ya internet media portallarında yerləşdirilmiş məqalələr müsabiqəyə təqdim oluna bilər. Məqalə mətbuat orqanında dərc olunmuşsa, həmin orqanın məqalənin dərc olunduğu sayının nüsxəsi təqdim edilməlidir, məqalə İnternet media portalında yerləşdirilibsə, həmin portalın adı və əlaqədar linkin tam adı dscr-center@hotmail.com elektron poçt ünvanına göndərilməlidir;
Müsabiqə 20 dekabr 2017-ci il tarixədək davam edəcək. Müsabiqənin nəticəsi, yazılar vətəndaş cəmiyyətinin nümayəndələrindən və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra, 05 yanvar 2018-ci tarixdə açıqlanacaq. Müsabiqənin qalibləri (I, II və III yerlər) qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Əlaqə: Tel: (012) 511 38 21 (ofis).


Lacin.info
Tarix: 23-10-2017, 12:52







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu