Azərbaycanlı mühacirlərin Almaniyada keçirdiyi aksiya pislənib A- / A+
Azərbaycanlı mühacirlərin Almaniyada keçirdiyi aksiya pislənib

Almaniyadakı Dağ Yəhudiləri İcması İctimai Birliyinin sədri Orxan Şafadiyayev azərbaycanlı mühacirlərin Almaniyada keçirdiyi aksiyanı pisləyib. Orxan Şafadiyayev deyib ki, bizim həmvətənlimiz Almaniyada ilk və yeganə azərbaycanlı millət vəkili olan Rahim Schmidtə qarşı qara piar kampaniyası irəli sürüblər və Cdu partiyansıın önündə onun və başqa alman siyasətçilərin şəkilləri ilə aksiya keçiriblər: “Rahim Schmidt kimliyindən asılı olmayaraq burada çoxsaylı azərbaycanlılara yardım edib və edir də. O həm də Almaniyanın Rheinland Pfalz torpağının parlamentində Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğunu və ermənilərin Azərbaycana qarşı irəli sürdüyü işğalçılıq siyasəti haqqında dəfələrlə danışıb və hər yerdə Azərbaycanı layiqincə təmsil edir. Burdakı müxalivətçilər isə belə aksiyalar ilə göstərdi ki, bunları Azərbaycan xalqının və ümumilikdə Azərbaycanın əsil problemi heç maraqlandırmır. Bunlar nə olursa olsun sadəcə hakimiyyətə gəlmək istəyirlər və bu aksiya onu göstərdi ki, bunlar hətta Azərbaycan xalqının maraqlarını belə satmağa hazırdırlar”.
Orxan Şafadiyayev bildirib ki, Rahim Schmidt alicənab insandır: “O həm həkim, həm də siyasətçidir. O həyatında artıq hərşey öz zəhməti ilə nail olub və heç nəyə ehtiyacı yoxdur. Məncə o buradakı azərbaycanlilar üçün hətta gözəl nümunə ola bilər. Təəssüflər olsun ki, buradakı müxalifətçilər bunu bilə-bilə, yenə də yalnış yolu seçdilər, diaspor və lobbi nə olduğunu hələ də anlamadılar..."



Lacin.info
Tarix: 25-09-2017, 13:38







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu