BDAT üzvlərinin növbəti görüşü olub A- / A+
BDAT üzvlərinin növbəti görüşü olub

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Vitse Prezidenti Könül xanım Məmmədzadə, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Umuxanım Hüseynzadə, Kanada Koordinatoru Rəna xanım Müslümova və İsveç Koordinatoru Eluca xanım Atalıyla görüşləri baş tutub.
Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Umuxanım Hüseynzadənin verdiyi məlumatda bildirilir ki, görüşdə təşkilatın bir sıra işləri barədə geniş müzakirələr edilmiş və gələcəkdə görüləcək işlər haqqında danışıqlar aparılmışdır. Təşkilatın Koordinator rəhbərlərinin yerlərdə apardığı diaspora işlərilə əlaqədar təbliğatın gücləndirilməsi eləcədə Azərbaycanlıların problemləri ilə daha yaxından, ətrafli şəkildə maraqlanmaq eləcədə dünyaya Azərbaycan həqiqətlərinin çatdırılmasının süjet xətti üzərində danışıqlar aparılmışdır. Görüşdə BDAT -ın İsveç koordinatoru Eluca xanım Atalı həmkarlarına qələmə aldığı kitabları özünün imzasıyla təqdim etmişdir. Daha sonra BDAT rəhbərləri şəhəri gəzərək xatirə rəsmləri çəkdirmişlər. Görüş çox səmərəli keçmiş və Azərbaycan naminə atılması düşünülən hər addım gələcəkdə öz bəhrəsini töhfə olaraq xalqımıza verəcəkdir.

Lacin.info
Tarix: 18-07-2017, 12:06







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu