Mehriban Abdullayeva: “Ermənistanın cinayətkar rejimi vaxtı uzadır...” A- / A+
Mehriban Abdullayeva: “Ermənistanın cinayətkar rejimi vaxtı uzadır...”

"Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olması ilə bağlı bəyanat yayıb. "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib ki, bu baş verən hadisəni pisliylər: “Bəyan edirik ki, dinc sakinlərin atəşə tutulması, qətlə yetirilməsi bir daha sübut edir ki, Ermənistanın cinayətkar rejimi vaxtı uzadır, heç zaman sülh prosesinə addım atmayacaq. Bilirsiniz indi fitnədən, fəsaddan iraq olan azərbaycanlıları qəhr edən nədir? Dünya biganəliyinə üsyan edən səlahiyyət sahiblərinin bacarıqsızlığı!”.

Lacin.info
Tarix: 7-07-2017, 10:22







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu