“Dünya birliyi Ermənistanın terrorçu siyasətinə adekvat reaksiya verməlidir” A- / A+
“Dünya birliyi Ermənistanın terrorçu siyasətinə adekvat reaksiya verməlidir”

Gənc Sahibkarlar Birliyi Ermənistan silahlı qüvvələrinin 2017-ci il iyulun 4-də Azərbaycanın dinc əhalisni atəşə tutması nəticəsində Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyeva və nənəsi, 50 yaşlı Sahibə Allahverdiyeva qətlə yetirilməsi, Sərvinaz Quliyeva isə ağır yaralanması ilı bağlı bəyanat yayıb. Bəyanatda bildirlir ki, işğalçı Ermənistan beynəlxalq hüquq normalarına, sülh konvensiyalarına heç bir əhəmiyyət verməyərək, özünün terrorçu siyasətini hələ də davam etdirməkdədir: “Bu cür hallar bir yandan Ermənistanın işğalçılıq siyasətinin sübutudursa, digər yandan beynəlxalq ictimaiyyətin indiyədək bu münaqişəyə ikili standartlarla yanaşmasının nəticəsidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçi ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və baş verənlərə qeyri-adekvat münasibət bəsləməsi işğalçıya cinayətkar əməllərini davam etdirməyə əlavə zəmin yaradır.
Azərbaycanın beynəlxalq səvviyədə tanınmış suveren ərazisinin 20%-i Ermənistan tərəfindən işğal edilib və etnik təmizləməyə məruz qoyulub. Bu ədalətsizlik yüz minlərlə azərbaycanlı məcburi köçkünün məşəqqətinə səbəb olmaqda davam edir.
Münaqişə zamanı azərbaycanlı mülki əhaliyə qarşı Ermənistan qoşunları tərəfindən müxtəlif qəddarlıqlar törədilib. Minlərlə uşaq, qadın və yaşlılar qətlə yetirilib, Xocalı soyqırımı törədilib.Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd - şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin indiyədək yerinə yetirilməməsi təəssüf doğurur.
Azərbaycanın mülki əhalisinə qarşı davamlı şəkildə törədilən bu cür ağır cinayətlər Azərbaycan Ordusunu işğalçıya qarşı müvafiq addımlar atmağa vadar edir. Bu səbəbdən münaqişə zonasında baş verəcək bütün hadisələrə görə məsuliyyət birmənalı olaraq işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Biz Gənc Sahibkarlar Birliyi olaraq, münaqişənin sülh yolu ilə həllinə çağırış edən beynəlxalq institutlardan Ermənistanın Azərbaycanın mülki əhalisini - uşaqları, qadınları və qocaları qətlə yetirməsi faktlarına səssiz qalmamağı, işğalın dərhal sona çatdırılması üçün qətiyyətli qərarlar qəbul etməyi tələb edirik. Hesab edirik ki, gec də olsa, nəhayət beynəlxalq ictimaiyyət Ermənistanın dinc əhaliyə qarşı terroçuluq siyasətini cavabsız qoymamalıdır”.

Lacin.info
Tarix: 6-07-2017, 14:50



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu