ÜAK rəsmisi Bakıya səsləndi A- / A+
ÜAK rəsmisi Bakıya səsləndi

Şamil Tağıyev: “Bəzi məmur və ekspertlər qəsdən aranı qızışdırırlar ki, ÜAK-ın kitabı təmiz bağlansın”

Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi məsələsi Azərbaycan dövlətinin və ictimaiyyətinin, eləcə də milli diasporun narahatlığına səbəb olub. Ümumrusiya Azərbaycan Konqresinin Moskva şöbəsinin icraçı direktoru Şamil Tağıyev hazırkı vəziyyətlə bağlı "Lacin.info" açıqlama verib: “ÜAK-ın Rusiya Ali Məhkəməsi tərəfindən bağlanması, ilk növbədə Azərbaycan diasporunun imicinə böyük zərər gətirdi. Təşkilatın bağlanması çoxlarını sevindirdi, ilk növbədə də erməniləri. Hətta erməni təşkilatlarının rəhbərliyindən ÜAK-ın bağlanması barədə “açıqlamalar” da oldu ki, guya ÜAK radikal fəaliyyətinə görə bağlanıb. Mənim fikrimcə, bu bizim üçün bir dərs olmalıdır. Hər yoldan keçənlə yol tutub getməyin axırı belə mənfi nəticələrə səbəb olur. Gələcəkdə diaspor fəaliyyətinə yeni professional kadrlar cəlb olunmalıdır, diasporda fəaliyyət göstərən hər bir vətəndaş, ilk növbədə bu fəaliyyətin siyasi və lobbiçilik tərəfini düşünməlidir, düşüncəsini başqa yerlərə yaymamalıdır. ÜAK-a gələn yeni rəhbərliyə biz böyük ümidlər bağlayırıq və düşünürük ki, bu problemlər arada qalxdıqdan sonra ÜAK yeni bir
formatda öz fəaliyyətini davam etdirə biləcək bir təşkilatdır”.
Şamil Tağıyev ÜAK-la bağlı atılacaq növbəti addımlar haqqında da danışdı: “Bu məsələ ancaq qanun çərçivəsində həll olunmalıdır. Axır vaxtlar bəzi informasiya agentliklərində və saytlarda ÜAK məsələsi ilə bağlı bir çox açıqlamalar oldu. Açıqlamaların çoxu dövlət məmurları və ekspertlər tərəfindən səsləndi və mən şəxsən oxuduğum bir çox açıqlamaları analiz etdikdə belə bir fikrə gəldim ki, bəzi məmur və ekspertlər qəsdən aranı qızışdırırlar ki, ÜAK-ın kitabı təmiz bağlansın. Çünki onların bütün dedikləri sözləri Rusiyadakı məmurlar da oxuyur və çox halda oxuduqlarından bizə qarşı daha da sərt mövqe tuturlar. Ona görə də ÜAK-la bağlı hansısa bir bəyanat yaymamışdan qabaq, həmin ekspertlər düşünsünlər ki, biz burada yaşayıb fəaliyyət göstərmək istəyirik. Çünki Bakıdan hər bir səslənən ekspert rəyinin bədəlini biz burda ödəyirik. Ona görə də buradan səslənirəm ki, bir az ÜAK məsələsinə düşüncəli yanaşsınlar. Əgər bu problem ortadan qalxacaqsa, bu rəylərsiz də qalxacaq”.

Lacin.info
Tarix: 23-05-2017, 10:36







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu