20 Yanvarla bağlı internet AKSİYA A- / A+
20 Yanvarla bağlı internet AKSİYA


Gənclər təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar internet aksiya keçirəcək.

Lacin.info xəbər verir ki, yanvarın 19-20-də keçiriləcək aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və bu faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.

Aksiya zamanı əvvəlcədən müəyyən ediləcək cədvələ uyğun olaraq, gənclər internet vasitəsilə 20 Yanvar faciəsinə dair məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, beynəlxalq təşkilatların elektron ünvanlarına, məşhur internet səhifələrə, xarici qəzet və jurnallara göndərəcəklər. Aksiyada istifadə etmək üçün ingilis, rus, alman,fransız və türk dillərində materiallar hazırlanmış və təbliğat zamanı onlardan istifadə olunacaq.

Aksiya yalnız Azərbaycanda deyil, paralel olaraq, dünyanın müxtəlif ölkələrində təhsil alan GTM üzvləri tərəfindən də həyata keçiriləcək.

Tarix: 18-01-2018, 16:46



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Əvvəlcə sevdiklərini itirdi, sonra... - Dərddən ciyəri tək taleyi də çürüyən nakam jurnalist

      Son xəbərlər
      Sorğu