Şəhidliyin Rəsul zirvəsi - ANIM A- / A+
Şəhidliyin Rəsul zirvəsi


“Şəhidlər ölməz,Vətən bölünməz”- Belə deyirlər cənnətin qapısından sorğusuz, sualsız keçən şəhidlər haqqında. Bu ölməzliyə qovuşanların sırasında daha bir laçınlı var- Azərbaycanın Mili Qəhrəmanı İsrafil Şahvrdiyevin böyük qardaşı, cəsur kəşfiyyatçı Rəsul Şahverdiyev. Qəhrəmanlıq bir anın bəhrəsi deyil... Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O, elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur. Rəsulun ömür yolunda da təsadüfi heç nə yoxdur. Ona bu yolu Uca Tanrı yazmışdı və bu ali zirvəyə də Tanrı apardı. Artıq neçə illərdir ki, milyonlarla soydaşımız kimi Laçınlıların da qəlbində bir zirvə var- Şəhidliyin Rəsul zirvəsi.

Əziz oxucular! gəlin sizlərlə bərabər Rəsulun beşikdən- şəhidliyə qədər keçən ömür yoluna birlikdə şahidlik edək:

Rəsul Şahverdi oğlu Şahverdiyev 15 yanvar 1950-ci ildə Laçın rayonunun Uvannovu kəndində doğulub. 1957-ci ildə Laçın rayon Ağanus kənd orta məktəbinin I sinfinə gedib.
1967-ci ildə orta təhsilini başa vuran Rəsul, 1968-ci ildə ordu sıralarına çağrılır. Xidmətini başa vurduqdan sonra 1971-ci ildən Laçın rayon polis şöbəsində işləməyə başlayır. 1988-ci ildən başlayaraq şöbənin əməkdaşları ilə birgə Laçın rayonunun Ermənistanla həmsərhəd kəndlərinin müdafiəsində fəal iştirak edən Rəsul ən təhlükəli əməliyyatlara qardaşı Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevlə birlikdə gedər, döyüş tapşırıqlarını məharətlə yerinə yetirərdi. Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın qisasının alınmasında və quldur yuvası olan Qala dərə kəndinin ermənilərdən azad olunmasında qardaşı İsrafil Şahverdiyevlə bərabər cəsur kəşfiyyatçı, peşəkar əməliyyatçı Rəsul da böyük igidlik göstərir.Əməliyyat zamanı on iki erməni casusu məhv edilir ki, Salatının qatilləridə məhz bu dəstənin tərkibində öldürülür.

O, illərlə çətin və məsuliyyətli polis xidməti çəkərək peşəkar əməliyyatçıya çevrilən Rəsul Şahverdiyev , ağır müharibədə igidliklə iştirak edərək cəsur kəşfiyyatçı olduğunu bir daha sübut edir. Rayonun -Cicimli, Uvannovu kəndlərinin erməni quldurlarından qorunmasında şəxsi igidlik nümunəsi göstərir. 1992-ci ildə Laçının süqutundan sonra Kəlbəcərlə həmsərhəd olan kəndlərin azad olunması uğrunda gedən döyüşlərin hamısında şücaət göstərərək döyüş yoldaşlarının böyük sevgisin qazanır.

1993-cü ildə polis starşinası R.Şahverdiyev yaralı olmasına baxmayaraq, Kəlbəcər rayonu işğal olunan zaman mühasirəyə düşmüş kəndlərdə dinc əhalinin çıxarılmasında iştirakı ilə əsil fədəkarlıq nümunəsi olur. O, 1993-cü ildə Daşkəsən rayonunun Zivlər-Qaraqollar kəndəri istiqamətində gedən döyüşlərdə də fəal iştirak edən Rəsulun döyüşlərdə aldığı yaralar 1995-ci il martın 22-də Rəsulun ömür yoluna nöqtə qoydu. Rəsul Şahverdiyevin qəbri minlərlə soydaşımız kimi Bakı şəhərindəki Şəhidlər Xiyabanında ziyarətgaha çevrilib.


Bu gün onun doğum günüdür. Yaşasaydı 67 yaşı olcaqdı. Doğum günün mübarək ŞƏHİDİM!

Şəhidliyin Rəsul zirvəsi

Şəhidliyin Rəsul zirvəsi

Şəhidliyin Rəsul zirvəsi

Şəhidliyin Rəsul zirvəsi

Şəhidliyin Rəsul zirvəsi

Şəhidliyin Rəsul zirvəsi

Şəhidliyin Rəsul zirvəsi


Siyavuş ƏMİRLİ
Tarix: 15-01-2017, 11:00







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu