Salatın Əsgərovanın qatillərini ələ keçirən Milli Qəhrəman anıldı -FOTOLAR A- / A+
Salatın Əsgərovanın qatillərini ələ keçirən Milli Qəhrəman anıldı


Bu gün Azərbaycan Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım günüdür.
Lacin.info xəbər verir ki, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə torpaqlarımızın azadlığı uğrunda döyüşərək qəhrəmancasına şəhid olmuş İsrafil Şahverdiyevin məzarı önündə anım tədbiri keçirilib.
İ.Şahverdiyevin ailə üzvləri, döyüş yoldaşları, QMƏVŞ İB-nin Laçın rayon şöbəsinin ,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Bölməsinin əməkdaşları şəhidin məzarı önünə gül-çiçək qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Laçın ərazi özünümüdafiə batalyonunun qərargah rəisi olmuş Polkovnik-leytenant Rafiq Nağıyev, Qarabağ qazisi, QMƏVŞ İB-nin Laçın rayon şöbəsinin sədri Babək Aslanov, Laçın polisnin keçmiş rəisi,istefada olan polkovniki Akif Səlimov, istefada olan polis mayoru, Laçın polis taborunun keçmiş komandiri Çingiz Abbasov, istefada olan polis mayoru Əlövsət Qasımov çıxış edərək Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar.
Bildirilib ki, İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olub. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil alıb. 1971-1974-cü illərdə hərbi xidmətdə olub. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.

Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxıb. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirib. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olub. Onlarla erməni silahlısını məhv edib.

6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girib. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilib. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olub. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçib və qarşı tərəfdən atılan güllə onun həyatına son qoyub.

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Allah rəhmət eləsin!

Salatın Əsgərovanın qatillərini ələ keçirən Milli Qəhrəman anıldı
Salatın Əsgərovanın qatillərini ələ keçirən Milli Qəhrəman anıldı
Salatın Əsgərovanın qatillərini ələ keçirən Milli Qəhrəman anıldı
Salatın Əsgərovanın qatillərini ələ keçirən Milli Qəhrəman anıldı
Salatın Əsgərovanın qatillərini ələ keçirən Milli Qəhrəman anıldı
Salatın Əsgərovanın qatillərini ələ keçirən Milli Qəhrəman anıldı
Salatın Əsgərovanın qatillərini ələ keçirən Milli Qəhrəman anıldı
Tarix: 13-01-2019, 11:46
Baxış: 657



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu