Ermənilərin 500 əsgər, 32 tank itirdiyi Horadiz döyüşündə Laçın Polisinin qəhrəmanlıqları -FOTOLAR A- / A+
Ermənilərin 500 əsgər, 32 tank itirdiyi Horadiz döyüşündə Laçın Polisinin qəhrəmanlıqları



Qarabağ müharibəsində Azərbaycan ordusunun ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşündən 23 il keçir. 1994-cü ilin 5-6 yanvarında milli ordunun qrupları əks-hücuma keçərək Horadiz qəsəbəsini və Füzulinin 20 kəndini azad edib. Ermənilər ağır itki verərək 25 kilometr geriyə atılıb.
6 yanvar 1994-cü ildə Azərbaycan ordusu ermənilərin Ağdam-Beyləqan istiqamətində hücumunun qarşısını alıb. Ciddi itki verən düşmən Aşağı Yağlıvənd, Kərimbəyli, Şükürbəyli kəndlərindən, həmçinin Horadiz qəsəbəsindən çıxıb. Azərbaycan ordusu İran-Azərbaycan sərhədinin 40 kilometr hissəsində nəzarəti bərpa edib. 9 dekabr 1993-cü ildən 6 yanvar 1994-cü ilə kimi ermənilər bu sahədə 500 əsgər və zabit, 32 tank, 7 PDM, 5 avtomobil, 10 qaubitsa və top, 6 minaatan itirib. Milli Ordu həmçinin iki tank əleyhinə “Şturm-S” kompleksi ələ keçirib.

Horadiz qəsəbəsinin və ətraf kəndlərin işğaldan azad olunmasında misilsiz qəhrəmanlıq göstərənlərin sırasında Birləşmiş Laçın Polis Alayı və Xüsusi Təyinatlı Polis Dəstəsidə (XTPD, OMON) olub. Təkcə onu xatırlatmaq yetər ki, Horadizin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Laçın polisindən 47 nəfər şəhid olub. Onlardan 2 nəfər Milli Qəhrəman, 4 nəfər isə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Laçın polsinin tabor komandiri, istefada olan polis mayoru Çingiz Abbasovun xatirələrindən :”Horadiz əməliyyatı öncəsi Ulu Öndər Heydər Əliyevin apardığı hərbi müşavirədən sonra Daxili Qoşunların Komandanı general-mayor Ramiz Məmmədov, qərargah rəisi polkovnik Zahid Teymurov və birləşmiş polis qüvvələrinin komandiri polkovnik Akif Səlimov hücum əməliyyatını müzakirə etdilər. Daha sonra biz öz əməliyyat palanımızı hazırlayaraq komandanlığa təqdim etdik. Nəticədə Laçın polisi əks -hücüma keçərək starteji cəhətdən böyük əhəmiyyətə malik olan Lələ təpə yüksəkliyini ələ keçirtdi. Lələ təpə döyüşündə 27 nəfər şəhid verdik. Ancaq çox təəssüflər olsun ki, sonradan dəstək gələmədiyi üçün yüksəkliyi saxlaya bilmədik. Horadiz uğrunda gedən döyüşlərdə 300 nəfərdən ibarət Laçın polis dəstəsi döyüşüb.Ümumilikdə isə bu qanlı döyuşlərdə Lacın polis dəstəsindən 47 nəfər şəhid oldu .O döyuşlərin yekununa görə Ulu Öndər Heydər Əliyevin fərmani ilə iki nəfər Laçınlı polis döyüşçüsünə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı,üç nəfər isə Azərbaycan Bayrağı Ordeni ilə təltif edildilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

23 il öncə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun 22 yaşayış məntəqəsinin və Horadiz şəhərinin erməni işğalından azad edilməsi Azərbaycanın müasir savaş tarixində böyük əhəmiyyətə malikdir. Horadiz əməliyyatında igidlik göstərən Laçın polisinin döyüşçülərdən – Polis mayoru Çingiz Abbasovun, Batalyon komandiri Tələt Novruzovun, Babək Aslanovun, Azərbyacan Bayrağı ordenli Aqşin Məmmədovun, Leytenant Çingiz Cəfərovun, Rəfail Mirzəyevin, Nizaməddin Eyvazovun, Habil Muradovun, Firdovsi Tağıyevin, Cabir Mehralıyevin, Şikar Kərimovun, Şərif Məmmədovun, Xəlil Həmidovun, Şücayət Ağayevin, Xəyyam Nəsirovun, Elşən Kərimovun, Nəriman Süleymanovun, Əjdər Əhmədovun və adların çəkə bilmədiyimiz digər qəhrəman oğullarımızın böyük zəhməti olub.

Allahdan torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhid olanlara rəhmət, qalanlara isə cansağlığı arzulayıram!


Ermənilərin 500 əsgər, 32 tank itirdiyi Horadiz döyüşündə Laçın Polisinin qəhrəmanlıqları

Horadiz uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Laçın polislərindən bir qismi:

1.İsrafil Şahvediyev -Azərbaycanın Milli Qəhrəmanı -13.01.1994 Horadiz
2.Qorxmaz Eyvazov- Azərbaycanın Milli Qəhrəmanı -10.11.1994 Horadiz
3.Nazim Abbdullayev- Azərbaycan Bayrağı Ordeni-21.04. 1994 Horadiz
4.Məzahir İsmayılov- Azərbaycan Bayrağı Ordeni-21.04. 1994 Horadiz
5.Cəfərov Cingiz -23.01.1994 -Cocuqmərcanlı
6.Əliyev Rəhman -13.01.1994 -Cocuqmərcanlı
7.Abdullayev İlqar -10.02.1994 -Cocuqmərcanlı
8.Məmmədov Şərif -24.03.1994- Cocuqmərcanlı
9.Əmrəliyev Namiq 24.03.1994- Cocuqmərcanlı
10.Orucov İlham -23.01.1994 –Horadiz
11.Əliyev Etibar- 24.11.1993 -Horadiz
12.Zeynalov Salman -10.02.1994 -Cocuqmərcanlı
13.Kərimov Müşviq -17.01.1994 -Cocuqmərcanlı
14.Cabbarov Taleh -17.01.1994- Horadiz
15.İsmayılov Qorxmaz -11.08.1994 -Horadiz
16.Şükürov Hafiz -27.07.1994- Horadiz
17.Aslanov Vüqar- 27.07.1994 -Horadiz
18.Qasımov Nərman- 24.03.1994- Cocuqmərcanlı
19.Xəlilov Həbib -21.04.1994- Horadiz
20.Xəlilov Həmid -21.04.1994 -Horadiz
21.Mərdanov Bəbir -10.02.1994 -Cocuqmərcanlı
22.Hümbətov Əhməd- 05.09.1994- Cocuqmərcanlı
23.Yusifov Elman 21.04.1994 -Horadiz
24.Abdullaev Vüqar -21.04.1994 -Horadiz
25.Məmmədov Niyazi -24.03.1994 -Cocuqmərcanlı
26.Qorçuyev Əfqan- 10.11.1994 -Cocuqmərcanlı
27.Bayramov Yusif -21.041994 -Horadiz
28.Bayramov Rasim -08.11.1994- Cocuqmərcanlı
29.Cabbarov Elnur -09.12.1994 -Cocuqmərcanlı

Siyavuş ƏMİRLİ




Ermənilərin 500 əsgər, 32 tank itirdiyi Horadiz döyüşündə Laçın Polisinin qəhrəmanlıqları

Ermənilərin 500 əsgər, 32 tank itirdiyi Horadiz döyüşündə Laçın Polisinin qəhrəmanlıqları

Ermənilərin 500 əsgər, 32 tank itirdiyi Horadiz döyüşündə Laçın Polisinin qəhrəmanlıqları

Tarix: 5-01-2017, 15:08







  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
Как оказалось здесь об этом все написано
-----

вакансии без опыта

Как дела пацаны? Что нового
-----

Вздулся конденсатор
TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu