Erməni politoloqdan senssasion müsahibə: "Yenidən müharibə başlasa Ermənistan məhv olacaq" A- / A+
Erməni politoloqdan senssasion müsahibə:

“Azərbaycan apreldə Ermənistana verdiyi dərsi davam etdirmək istəyir. Ermənistan cəmiyyəti isə gözləyir ki, hakimiyyət nə vaxt çıxış yolu tapacaq”

Lacin.info xəbər verir ki, bu sözləri Erməni milli və strateji araşdırmalar mərkəzinin direktoru Manvel Sarkisyan, Azərbaycan ordusunun noyabrın 12-də başladığı hərbi təlimləri və Azərbaycan prezidentinin təlimlərdə səsləndirdiyi bəyanatları şərh edərkən söyləyib.

Azərbyacan prezidenti İlham Əliyevin Lələtəpədə səsləndirdiyi : “Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi.Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin. Əgər istəyirlər ki, məsələ sülh yolu ilə həll olunsun və erməni xalqı itki verməsin, torpaqlarımızdan çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq biz torpaqlarımızı istəyirik”.

Bəyanatını şərh edən politoloq qeyd edib ki, Azərbaycan istədiyini əldə edənə kimi dayanmayacaq: “Azərbyacan rəhbərliyi heç vaxt müharibə planından imtina etməyib. Sülh danışıqları isə yerində ilişib qalıb. Ona görədə müharibə etmək Azərbaycanın haqqıdır. Görünən odur ki, Azərbaycan apreldə Ermənistana verdiyi dərsi davam etdirmək istəyir. Ermənistan cəmiyyəti isə gözləyir ki, hakimiyyət nə vaxt çıxış yolu tapacaq”.

“Rusiyanın Ermənistana verdiyi İsgəndər raketləri güc balansını dəyişirmi?”sualını Manvel Sarkisyan belə cavablandırıb:

-Sentyabr ayında əldə etdiyimiz yeni silahlar, o cümlədən raket sistemi ilə hamı qürrələnməyə başladı. Amma xatırladım ki, bundan əvvəldə bizdə o tip silahlar olub. Ancaq Azərbaycan tərəfinin Xankəndi və İrəvanı məhv edəcəyi barədə bəyanatlarından sonra bizimkilər susub, səslərin çıxartmır. Qarabağda aparılan müharibə bu tip silahların istifadəsinə imkan vermir. Ona görədə Azərbaycan tərəfi düzgün taktika seçərək yüngül silahlardan istifadə etməklə aprel ayında Ermənistana dərs verdi”.

“Biz özümüz Azərbyacanı inandırmalıyıq ki, müharibədən əl çəksin. Yoxsa yenidən başlayan müharibə Ermənistan və erməni xalqı üçün böyük faciələrə səbəb ola bilər. Bir daha deyirəm ki, Azərbaycan torpaqlarını əldə edənə qədər müharibə istəyəcək”-Deyə Manvel Sarkisyan qeyd edib.

Lacin.info
Tarix: 16-11-2016, 10:35
Baxış: 2351



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu