Amerikalılar işğal olunmuş Laçın rayonunda böyük zavod tikməyə hazırlaşır -FOTOLAR A- / A+
Amerikalılar işğal olunmuş Laçın rayonunda böyük zavod tikməyə hazırlaşır



Sentyabr ayının 26-dan başlayaraq bir qrup amerikalı Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Lacin.info-nun əldə etdiyi məlumata görə erməni apastol kilsəsinin təşkilatçılığı ilə Amerikada fəaliyyət göstərən "Agape" xeyriyyə fondunun idarə heyyətinin 6 nəfərdən ibarət üzvü səfər çərçivəsində Laçın rayonunda olublar.


Səfərdə təşkilatın şimali Karolina ştatı üzrə rəhbəri Allan Van Miter, Sandi Valdron, Cey Rayt , Luen Allred, Jeni Lilford və Karoline Vood iştirak edib. Qondarma Kaşatağ rayonunun rəhbəri Suren Xaçaturyanla görüşən təşkilatın üvləri Laçın rayonu və ətraf ərazilərdəki tarixi abidələrin qorunmasına və bərpa edilməsinə maliyyə yardımı ayıracaqlarını bildiriblər. Suren Xaçaturyan isə bölgədə Süd, bal və quru meyvə istehsalı üçün geniş imkanlar olduğunu, ancaq istehsal üçün zavod və xarici bazarın olmadığını bilidirib. Amerikalılar isə Laçın rayonu ərazisində bu məhsulları istehsal edən zavodun tikintisinə dəstək göstərəcəklərini və xarici bazara çıxışını təmin edəcəklərinə söz veriblər.

Qeyd edək ki, "Agape" təşkilatı erməni kilsəsinin dəvəti ilə 1994-cü ildən işğal olunmuş Azərbaycan ərazilərində xeyriyyə işləri ilə məşğul olur.

Lacin.info



Amerikalılar işğal olunmuş Laçın rayonunda böyük zavod tikməyə hazırlaşır

Amerikalılar işğal olunmuş Laçın rayonunda böyük zavod tikməyə hazırlaşır

Amerikalılar işğal olunmuş Laçın rayonunda böyük zavod tikməyə hazırlaşır

Amerikalılar işğal olunmuş Laçın rayonunda böyük zavod tikməyə hazırlaşır
Tarix: 28-09-2016, 13:52
Baxış: 956



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu