Qarabağ TV yaradılması təşəbbüsü və onun reallaşma mümkünlüyü - MÜSAHİBƏ A- / A+
Qarabağ TV yaradılması təşəbbüsü və onun reallaşma mümkünlüyü

Zaur Əliyev: "Hədəfimiz Qarabağla bağlı dünyada olan məlumat azlığını doldurmaqdır"


"İnformasiya lobbisi quracaq və bütün dünya əsl həqiqətləri burada tapacaq və görəcək"

Son illər Azərbaycan dövlətində, cəmiyyətində, insanlar arasında Qarabağ məsələsində bir aktivlik müşahidə olunur.Xüsusilə 2016-cı ilin Aprel zəfərindən sonra Azərbaycan dövləti və cəmiyyəti problemin qısa zamanda, dövlətimizin, xalqımızın maraqları çərçivəsində həlli məqsədilə fəallıq nümayiş etdirir, bu istiqamətdə səmərəli fəaliyyət göstərir. Bununla paralel olaraq günümüzdə Qarabağ problem barədə dünya ictimaiyyətinin daha yaxından məlumatlandırılması, Azərbaycana qarşı aparılan informasiya müharibəsinin qarşısının alınması məqsədilə də səmərəli addımlar atılır, təşəbbüslər irəli sürülür. Belə təşəbbüslərdən biri bu günlərdə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev tərəfindən irəli sürülüb. Belə ki, Zaur Əliyev Qarabağ televiziyasının (Qarabağ TV) yaradılması təşəbbüsü ilə çıxış edib və bu məqsədlə müvafiq qurumlara, şəxslərə müraciət edib. Biz də sözügedən teıeviziyanın yaradılması təşəbbüsünün haradan qaynaqlandığı, onun fəaliyyətinin nədən ibarət olacağını öyrənmək məqsədilə bu təşəbbüsün müəllifi Zaur Əliyevlə söhbətləşdik.

-Zaur müəllim, bir neçə gündür Qarabağ TV-nin yaradılması ilə bağlı təşəbbüsünüz cəmiyyətdə diqqərt çəkib. Öncəliklə bilmək istərdim ki, bu təşəbbüs hansı zərurətdən yarandı, meydana çıxdı?

-Əvvəla Qarabağ TV ilə bağlı təşəbbüsə sizin medianın diqqət verməsini alqışlayıram və təşəkkür edirəm. Qeyd edim ki, bu gün biz ermənilərə qarşı informasiya müharibəsində uduzuruq. Bu müharibəni aparan adamlar bilirlər ki, düzgün qurulmuş və düzgün aparılan informasiya müharibəsi vasitəsilə, hərbi qələbəni məğlubiyyətə və ya əksinə, hərbi məğlubiyyəti qələbəyə çevirmək olar. İnformasiya texnologiyalarının inkişafı, bu müharibənin aparılma üsullarına və miqyasına bilavasitə təsir edir. Əfsuslar olsun ki, ölkəmiz bu müharibənin düz ortasındadır, Azərbaycana qarşı bir çox cəbhədən aktiv informasiya müharibəsi gedir, bu müharibənin qaçılmaz fənlərindən biri psixoloji əməliyyatlardır ki, bunlar da bizə qarşı aktiv tətbiq edilir. Bunların içərisində ən aktiv olanı Ermənistan cəbhəsidir. Dünya tərəfdən olan informasıya "atəşinin" böyük hissəsi də məhz ermənilərin nailiyyətidir. Qeyd edim ki, Qarabağın erməni torpağı olduğunu "sübut" etmək, Azərbaycanın müharibə istədiyini, Ermənistanın isə yalnız müdafiə mövqeyində durduğu fikrini beynəlxalq ictimaiyyətə aşılamaq erməni informasiya cəhbəsinin əsas istiqamətidir. Paralel olaraq Dağlıq Qarabağda qurduqları qondarma qurumu müstəqil dövlət kimi təqdim etmək və tanıtmaq, bu yolla müharibənin Qarabağla Azərbaycan arasında getdiyi fikrini yaymaq, Ermənistanın isə yalnız Qarabağ xalqını Azərbaycanın təcavüzündən qorumaqla məşğul olduğunu aşılamaq onların əsas fəaliyyətidir. Bu gün artıq ermənilər tək Qarabağla kifayətlənməyib, Naxçıvana qarşı ərazi iddiaları irəli sürürlər. Bunun səbəbi də Azərbaycanda informasiya müharibəsində boşluqların olmasıdır. Biz bunun qarşısını almaq üçün Qarabağ Tv-ni yaratmaq qərarına gəldik. Hədəfimiz Qarabağla bağlı dünyada olan məlumat azlığını doldurmaqdır. İnformasiya lobbisi quracaq və bütün dünya əsl həqiqətləri burada tapacaq və görəcək. Biz rus, erməni və digər dillərdə verilişlər hazırlayacıq. Bizim verilişlər digər TV-lərdə hazırlananlardan olmayacaq. Biz əsl həqiqətləri və dövlətimizin yaşadığı müaribənin əsl tərəfin dünyaya göstərəcəyik. Biz verlişlərdə Qarabağ qaziləri, şəhid ailələri, əsirlikdə olan insanlarımız, qaçqın və məcburi köçkünlərimizin yaşadıqları ağır şəraitləri göstərəcəyik. Qarabağ, Qərbi Azərbaycan və Naxçıvan üzrə tarixi tədqiqatlar aparan alimlərimiz və digər şəxslərimiz çıxış edəcəklər. Dünya alimlərinin, siyasilərinin ermənilər haqqında yazdıqların ortaya çıxardacağıq. Qarabağ TV təkcə müasir dövrdə olan hadisələri deyil, Azərbaycan Cümhuriyyəti dövründə Qarabağda ermənilərin etdilikləri vəhşilikləri üzə çıxaracaq və onlara qarşı savaşan ordumuzun qələbələrindən çəkəcək. Difai Qarabağ bölməsinin düşmənlərə qarşı etdikləri, 32-lər əfsanəsi, Nuru paşanın Qarabağ səfəri, Qarabağda hərbi məktəblər, Qarabağlı döyüşçülər, zabitlər haqqında süjetlər olacaq. Azərbaycan Cümhuriyyətinin 1918-1920-ci illər Qarabağ siyasəti nadir arxiv sənədləri əsasında üzə çıxarılıb verliş formasında çəkiləcək.

-Paralel olaraq eyniadlı saytında yaradılması istiqamətində iş aparılır. Belə başa düşülür ki, ümumi bir holdinq yaratmağı düşünürsünüz və təşəbbüsləriniz cəmiyyət, dövlət və qeyri-dövlət təşkilatları tərəfindən nə dərəcədə dəstək görür?

-Holdinq deməyək. Biz Qarabağ məsələsini ümummili məsələyə qaldırmaq istəyirik. Dövlətin bu sahədə apardığı işə informasiya dəstəyi vermək niyyətimizdir. Niyə görə bizdə belə kanal olmasın? Komandamızda elə şəxslər var ki, müharibəni yaşamış insanlardır. Onlar təcrübəli jurnalistlərdir, araşdırmaçılardır. Qarabağ münaqişəsi getdikcə regional xarakterini itirir və qlobal problemə çevrilməyə başlayır. Olduqca geostrateji bir bölgədə yerləşən münaqişənin regiona təhlükə yaratmasında informasiyanın xüsusi rolu var. Hazırkı geosiyasətdə əsas hədəfin insan beyni, qəlbi və xalqların mədəniyyətləri olmasını unutmamalıyıq. Əsas təsir vasitəsi də mediadır. Media vasitəsi ilə milyonların şüurunu manipulyasiya etmək mümkündür. Ona görə də, münaqişənin tarixilə yanaşı, informasiya modeli, mənzərəsi və onun inkişafının informasiya bazası haqqında ayrıca geniş araşdırmaların aparılması olduqca vacibdir.
Qarabağ münaqişəsinin özünəməxsus informasiya bazası var. Etnik münaqişələrin meydana gəlməsinə nəzər salarsaq, olduqca çox oxşar cəhətlər görərik. Lakin, münaqişəyə cəlb olunan tərəflərin imkanları, coğrafi-tarixi şərait, münaqişədə maraqlı olan geosiyasi qüvvələrin müxtəlifliyi hər bir etnik münaqişənin fərqli tərəflərini üzə çıxarır. Bu baxımdan, Qarabağ münaqişəsinin digər etnik münaqişələrlə oxşar tərəfləri olduğu kimi, fərqli tərəfləri də var. Bu fərqli cəhətlərin biri də Qarabağ münaqişəsinin özünəməxsus informasiya bazasına malik olmasıdır. Ona görə də bu problemin əhatəli şəkildə araşdırılması münaqişənin doğru mənzərəsini təsəvvür etməyə imkan verə bilər. Bildiyimiz kimi, etnik münaqişənin ən azı iki tərəfi var. Ona görə münaqişənin də ən azı iki informasiya modeli mövcuddur. Başqa sözlə, münaqişəyə cəlb olunan tərəflərin hər biri bu münaqişəni, onun yaranma səbəblərini və həlli yollarını öz maraqlarına uyğun şəkildə görür və təqdim edir. Qarabağ müharibəsində də bu məsələ özünün dağıdıcı funksiyasını bizə göstərib. Müharibə çərçivəsində Ermənistan dəfələrlə, məsələn, Xocalı soyqırımı zamanı etdikləri vəhşilikləri dünyanın nüfuzlu informasiya agentliklərində azərbaycanlıların apardığı "vəhşilik" kimi təqdim edərək informasiyanın təxribatçı modelindən geniş istifadə edib. Belə ki, müharibə zamanı tərəflər məsələ ilə bağlı öz baxışlarını, maraqlarını, baş verən proseslərə öz münasibətlərini formalaşdırıb cəmiyyətə təqdim edir. Təəssüflər olsun ki, bir çox hallarda Azərbaycan erməni informasiya təxribatının qurbanına çevrilib. Bizim isə Qarabağ TV sırf beynəlxalq praktikada olan təcrübədən istifadə edəcək.

-Nədir bu?

-İinformasiya müharibəsində əməliyyatlar əsasən iki istiqamətdə - informasiya hücumu və informasiya mühafizəsi üzrə aparılır. İnformasiya hücumu (Information Attack) - qarşı tərəfin informasiya infrastruktrunun tam məhv edilməsi və ona öz qüvvəsindən istifadə imkanı verməməkdir. İnformasiyanın müdafiəsində isə (Information Protection) - obyektin öz məlumatlarınıın və inforamasiya strukturlarının əks tərəfin təsirlərindən mühafizəsi nəzərdə tutulur. Buraya informasiyanın strateji maskalanması, informasiya infrastrukturunun fiziki qorunması, İM-in müdafiə hissəsi təhlükəsizliyin təminatı metodları ilə realizə olunur.

-Bir qayda olaraq TV və saytda əsas diqqət, yük nəyə yönələcək və başlıca mövzularınız nə olacaq?

-Qarabağ TV açlısa əsas işləri aşağıdakı kimi olmalıdır
1. Azərbaycanın işğal olunan əraziləri barədə xəbər, reportaj, veriliş, sənədli filmlər çəkmək
2. Qarabağın tarixi, mədəniyyəti, musiqisi və təbiəti, tarixi abidələri, mədəni irsi barədə bir neçə dildə informativ məlumatlar hazırlamaq
3. Qaçqın və məcburi köçkünlərin həyatları, taleləri
4. Azərbaycan əsgərləri və hərbisi barədə verlişlər hazırlamaq
5. Beynəlxalq təşkilatların Qarabağla bağlı qətnamələrinin yerli və beynəlxalq ekspertlər tərəfindən təhlil edilməsi
6. Dünyada yaşayan soydaşlarımızın Qarabağla bağlı gördükləri işlərə və onlara informasiya dəstəyi vermək
7. Tv debatlar təşkil etmək
8. Hərbi ekspertlərin çıxışları
9. Müsahibələr
10. Qarabağla bağlı tədqiqatçıların çıxışı
11. Erməni mediasının analizi və onların yalanlarının üzə çıxarılması
12. Xarici ölkələrdə yaşayan alim və siyasilərin müsahibələri
13. Mütəmadi YADDAŞ
14. "Qarabağa YOL" adlı sənədli verlişlər
15. Müharibənin tarixi
16. Qazi və şəhid ailləri barədə reportajlar
17. Ermənilər haqqında dünya alimlərinin həqiqətləri barədə reportajlar
18. Milli Qəhrəmanlar haqqında verlişlər və s.

Qeyd edim ki, bu TV açılacağı təqdirdə Azərbaycanda düşmənə qarşı rəsmi informasiya mübarizəsində HÜCUM taktikası həyata keçiriləcək.

-Təşəbbüsləriniz reallaşacağı təqdirdə Qarabağ probleminin dünya ictimaiyyətinə daha yaxından çatdırılması nə dərəcədə asan olacaq?
-Hazırda xaricdə yaşayan diasporumuz vasitəsilə beynəlxalq media qurumları ilə danışıqlar aparırıq. Planımızda ən azı dünyanın beş nüfuzlu media qurumunda Qarabağla bağlı məlumatların paylaşılması var. Biz onların Qarabağla bağlı istinad mənbələrinin biz olduğunu qəbullandıracağıq. Bir neçə dildə məlumatlar olacaq və mütamadi olaraq beynəlxalq medianın, siyasi və ictimai şəxslərin emaillərinə göndərəcəyik.

-Səhv etmiriksə məsələ ilə bağlı birinci vitse-prezident Mehriban xanım Əliyevaya da müraciət etmisiniz.Müraciətinizə bir reaksiya varmı?


-Mehriban xanıma müraciətimiz hələ cavabsız qalıb. Ümid edirəm ki, birinci vitse-prezident olaraq müraciətimizə müsbət reaksiya verəcək. Çünki bu təkcə bizim üçün deyil, bir milyondan çox qaçqın və məcburi köçkünlər üçün lazımdır.

-Gələcəkdə TV-nin digər ölkələrdə nümayəndəliklərinin yaradılması planlaşdırılırmı?

-Hazırda 10-dan çox ölkədə könüllülərimiz var. Onlar təmənnasız olaraq bizim maraqları müdaifə edir və çəkilişlərdə yanımızdadırlar. Bu insanlarımız dövlətçiliyimizin tərəfində olan şəxslərdir və yalnız bir maraqları var "Qarabağ işğaldan azad edilsin".
Tarix: 14-08-2018, 11:25
Baxış: 58



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu