Yaqut Sadıqova : “Mən əsgərəm, təhsilin əsgəri” -VİDEO A- / A+
Yaqut Sadıqova : “Mən əsgərəm, təhsilin əsgəri”


Lacin.info saytı əməkdar müəllim, tanınmış ziyalı Yaqut Sadıqovanın İnterAz kanalının "Antrakt" verlişinə müsahibəsini oxuculara təqdim edir.

Qısa arayış: Sadıqova Yaqut Hüseyn qızı 1964-cü ildə Laçın şəhərində anadan olub. 1981-ci ildə Laçın şəhər 1№-li orta məktəbi əla qiymətlərlə bitirib. Ali təhsilli riyaziyyat müəllimidir.

Əmək fəaliyyətinə uşaqlarla iş aparan təlimatçı kimi başlayıb. Sonrakı dövrlərdə müəllim,təlim-tərbiyə işləri üzrə direktor müavini,metodist,inspektor və 1998-2002-ci illərdə 179 saylı məktəbdə direktor vəzifələrində çalışıb. 2002-ci ildən 2014-ci ilə qədər 83№-li məktəb-liseydə direktor vəzifəsində çalışıb. 2014-cü il Avqustun 18-dən Yasamalrayonu 13 №-li tam orta məktəbin direktoru vəzifəsində çalışır.
İşlədiyi müddətdə dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyəti,Binəqədi rayon təhsil şöbəsi,BŞTİ və Təhsil Nazirliyi tərəfindən fəxri fərman və I dərəcəli diplomlarla təltif olunub.
Respublika üzrə keçirilən Pedaqoji mühazirələr müsabiqəsində “İnnovasiya elementləri və onun tərbiyə təcrübəsi” mövzusunda çıxış edərək I yerə layiq görülmüş və Təhsil Naziri tərəfindən I dərəcəli diplomla təltif olunub. Bakı şəhəri üzrə keçirilən “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı direktoru” müsabiqələrində iştirak edərək, I dərəcəli diplomla təltif olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 04.04.01 tarixli,T-256№-li qərarı ilə məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsində və gənc nəslin təlim-tərbiyəsində səmərəli pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub. Xarici ölkələrdə keçirilən Beynəlxalq və Respublikamızda keçirilən bir çox kursların iştirakçısı olaraq I dərəcəli sertifikatla təltif olunub. Yaqut Sadıqovanın rəhbərlik etdiyi müddətdə Binəqdi rayonu H.Hüseynov adına 83№-li məktəb-lisey iki dəfə- 2008 və 2014-cü ildə keçirilən “İlin ən yaxşı məktəbi” müsabiqəsində iştirak edərək I yerə çıxıb.Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İlin ən yaxşı məktəbi” adına layiq görülərək 10 min manat pul mükafatı ilə təltif edilib.
2012-ci ildə isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə respublikanın “Əməkdar müəllim”i Fəxri adına layiq görülüb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 15 illiyinə həsr olunan “Mənim həyamım, mənim işim, mənim təhlükəsiz əməyim” Respublika baxış-müsabiqəsində ən yaxşı göstəricilərinə görə Fəxri diplomla təltif olubnub. 2002-ci ildə Azərbaycan Dövlət Televiziyasının (AZTV) “Səadət” proqramı Yaqut Sadıqova haqqında 18 dəqiqəlik xüsusi verliş hazırlayıb. 2015-ci ildə isə Azad Azərbaycan Televizyası (ATV)onun haqında “Zərif Qəhrəman” verlişin hazırlayıb. 2016-cı ildə isə “İnteraz” televizyası “Antrakt” verlişininin növbəti bölümünü Yaqut Sadıqovaya həsr edib."Qızıl qələm" mükafatı laeruatıdır.

-Yaqut müəllimə, bir az 13 saylı məktəbə gəlişinizdən danışaq…

-2014-cü ildə məni Bakı Şəhər Baş təhsil idarəsinə dəvət edtdilər. Ona qədər 83 saylı məktəb-liseydə direktor vəzifəsində çalışırdım. O məktəb bütün göstəricilərinə görə respublikamızda 31-ci yerdə idi. Və mənə bildirdilər ki, Yasamal rayonu 13 saylı tam orta məktəb vaxtilə yüksək nəticələr əldə edib. Hazırda isə bu məktəbin göstəriciləri çox aşağıdır. Ona görə də təhsilin səviyyəsini qaldırmaq üçün sizi bu məktəbə göndərmək istəyirik. Mən isə bidirdim ki, mən əsgərəm, təhsilimzin əsgəri. Hara göndərsəniz, orada işləməyə hazıram. Təbii ki, hansısa məktəbdə təhsilin səviyyəsini qaldırmaq üçün tək direktor olsa özün yandırar. Ona görə də mənimlə bərabər o məktəbdən təlim –tərbiyə işləri üzrə direktor müavini və köməkçi də bu məktəbə gəldi. Şükür Allaha ki, qısa vaxt ərzində, bu məktəbdə çox böyük irəlləyiş oldu.Sevindirici haldır ki, məktəbin tarixində ilk dəfə olaraq bu il bizim məzunumuz Prezident təqaüdü aldı. 3 nəfər 600-dən yuxarı, 10 nəfər 500-dən yuxarı bal toplayraq ali məktəblərə qəbul oldu. Abdullayeva Fidan isə 681 balla Tibb Unveristetinə qəbul olundu və Möhtərəm Prezidentimiz tərəfindən təqaüdə layiq görüldü. Bundan əlavə ötən il yenə ilk dəfə olaraq respublika olimpiadasından bir şagirdimiz tarix fənni üzrə bürünc medal qazandı.Bu da bizim üçün çox sevindirci haldır. İlklər hələki varımızdır və inşallah davam edəcək.

-Məktəbdə təlim-tərbiyənin vəziyyəti necədir?

-Xüsusi ilə qeyd edim ki, məktəbdə təlim –tərbiyə işləri xeyli yüksəlib. Ən əsası isə şagirdlərimzin təlim-tərbiyəsindən çox razıyıq. Çox gözəl pedoqoji atmosfer var məktəbdə. Həmçinin Vahid məqsədli bir kollektiv yarada bilmişik. Məqsədimiz, sözdə yox əməldə, vətəninə, dilinə, elinə millətinə bağlı savadlı mütəxəssilər yetişdirməkdir. Bu gün insan kapitalına çox böyük ehtiyacımız var. Ona görədə biz istəyirik ki, millətimizi, dövlətimzi çiyinlərində irəli aparacaq gənclər yetişdirək.

-Məktəbdə kollektivin sizə, çox isti münasibəti var. Sanki onlar sizi təkcə bir direktor yox, həm də ana gözündə görürlər…

-Bilirsiz, hər şey səmimiyyətdən irəli gəlir. Insan işlədiyi kollektivdə səmimi və ədalətli olmalıdır. Əgər işlədiyin kollektivdə ədalətli ola bilmirsənsə kollektiv səni sevməz. Belə olduqda kollektivdə isti qucağını sənə açır və bura da qarşılıqlı gözəl bir münasibət yaranır. Müəllimlərimdən ona görə razıyam ki, hər hansı bir tədbir olsun, hər hansı bir dövlət işi olsun gecə-gündüz ələrindən gələn köməyi əsirgəmirlər. Və bu da yuxarıda dediyim nailiyyətlərə bir imza atır.

-Yaqut xanım iş həyatına neçə yaşından başlayıb?

-Əslində iş həyatına 18 yaşındna başlamışam. Sonra tələbəlik dövrlərim başlayıb. Təhsilin rəhbərliyində isə 1993-cü ildən təmsil olunmağa başlamışam.244 saylı məktəbdə təlim –tərbiyə işləri üzrə direktor müavini, daha sonra isə Binəqədi Rayon təhsil şöbəsində kadr işləri üzrə məsləhətçi işləmişəm. Sonra belə bir qərar gəlindi ki, 179 saylı məktəbdə vəziyyət ürəkaçan deyil. Məsləhət oldu ki, mən ora gedim. Məktəb doğrudanda bərbad gündə idi. Biz məsələ qaldırdıq indi də millət vəkili olan Hacı Madərin qarşısında O da sağ olsun həmişə, təhsilə, şagirdlərə qayğı ilə yanaşan insandı. Deputat sorğusu ilə məsələ qaldırdı və az bir müddətdə uçulub -dağılmaqda olan məktəb yüksək səviyyədə təmir olundu. Qeyd edim ki, o vaxt büdcədə pul yox idi. Çox çətin vaxtlar idi. Mən 33-34 yaşımda məktəbə rəhbərlik etməyə başladım. Ağır bir kollektiv idi. Həm Azərbaycan bölməsi, həm rus bölməsi. Çox çətin olsa da, az bir zaman ərzində məktəbdə yüksək nəticələr əldə edə bildik. Daha sonra 83 saylı məktəb-liseydə kadr dəyişikliyi oldu. Məni dəvət etdilər. Düzdür əvvəl getmək istəmirdim. Çünki kolektivlə çox öyrəşmişdik bir –birimizə. Həmin vaxt belə bir sual verdilər ki, məktəb tikilib ona görə gəlmirsən? Mən də dedim ki, yox mən burada kollektiv tikmişəm, onlardan ayrılmaq istəmirəm. Ancaq son nəticədə məni razı saldılar.
Təxminən 13 il 83 saylı məktəbə rəhbərlik etdim. Bu vaxt ərzində 21 dəfə Prezident sərəncamının birbaşa bizə adiyyatı oldu. 4 əməkdar müəllim, 4 tərəqqi medalı, 6 Prezident təqüdçüsü, 4 ilin ən yaxşı müəllimi. Və mənim rəhbərliyim dövründə iki dəfə ilin ən yaxşı məktəbi seçildi 83 saylı məktəb lisey.

-Yaqut xanım, ilk məvacibinizi xatırlayırsınız ?

-İlk məvacibim səhv etmirəmsə 87 manat olub.

-Nəyə xərcləmisiniz?

-Anama verdim. Bizim ailədə qanun belə idi. Mən 10-ci sinifdə oxuyanda atam rəhmətə gedib. Ancaq anamızın hiss elətdirməyib ki, biz atasız böyüyrük. Mənəvi hiss eləsəkdə, maddi heç bir çətinliyimiz olmayıb. Ümumiyyətlə anamı hamı bir el anası kimi tanıyıb. Həm qəlbində bir iman olan adam kimi, həm də hər kəsə dayaq olan , hər kəsə kömək əli uzadan bir insan olub.

-Bir az əvvəl dediniz ki, mən özümü təhsilin əsgəri sayıram. Sizin müsahibələrinizdən də hiss olunur ki, çox vətənpərvər insansınız. Bu vətənpərvərlik hardan gəlir?

-Mənim atam və üç əmim müharibə veteran olub. Bir əmim Bakıda səhiyyə nazirinin müavini idi. O bir qolun müharibədə qoyub gəlmişdi. Birincisi bu ailədən gəlir. Sonra qardaşlarımın hər ikisi, həyat yoldaşım Qarabağ müharibəsi veteranıdı. Kiçik qardaşım şəhid olub. Onun haqqında kitablar yazılıb, televizya verlişləri çəkilib. Yəni demək istəyirəm ki. hamımızın qanında var. bizim məktəbdə də vətənpərvərlik hissi çox yüksək səviyyədə aşılanıb. Mənə elə gəlir ki. heç bir məktəb tapa bilməzssiniz ki. onun 15 şəhidi olsun. Onlar 20 yanvar və Qarabağ şəhidləridi.

-Nə vaxtsa düşünmüsünüz ki, işləməkdən yorulmusuz?

-Düşünmüşəm. Bir dəfə müraciətdə etmişəm işdən çıxmaq barədə. Anma mənə dedilər ki, Yaqut müəllimə siz hələ bizim təhsilə lazımsınız. Amma bugünki gün əlimdən nə gəlirsə təhsilimiz üçün edirəm. Bu gün təsilimizdə çoxsaylı islahtlar aparılır, həm müəllimlər həm şagirdlər üçün yeni imkanlar açılır. Bu da işləmək üçün insane stimul verir.

-Bir az uşaqlığınız qayıdaq. Harada keçib uşaqlığınız?

-Uşaqlığım dağlar qoynunda yerləşəm Laçın rayonunda keçib. Laçında da ailə qurmuşam. Və sonrakı illərdə təxminən 1990-cı ildə Bakıya gəlmişik.


Tarix: 12-10-2016, 13:43
Baxış: 1289



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu