“Cəfər Cabbarlıdan 3 manat istədim, dedi ki... “ - Vahidin yeganə müsahibəsi... A- / A+
“Cəfər Cabbarlıdan 3 manat istədim, dedi ki... “

1965-ci ildə 70 yaşında dünyasını dəyişən qəzəl ustadı Əliağa Vahid yeganə radio-müsahibəsini ömrünün son illərində verib. Müsahibənin gedişində özü də aparıcıya təəccüblə deyir ki, necə oldu ki, sizə razılıq verdim, bunu heç özüm də bilmirəm. Amma indi də radionun arxivində saxlanılan müsahibədə Vahid çox səmimi və sadədir.

Aparıcının suallarına qətiyyən özündənrazı cavab verməyən Vahid dövrün bütün tarixi mənzərəsini sadə nitqində əks etdirir. Seyid Hüseyndən tutmuş, Məmmədəli Sidqi, Həsən Səyyar, Məşədi Azər və başqaları haqqında maraqlı söhbətlər edir. Cəfər Cabbarlı haqqında dedikləri isə daha maraqlıdır.

Moderator.az həmin radio-müsahibəyə istinad edərək Vahidin Cəfər haqqında dediklərini təqdim edir:

“Cəfər məndən 4 yaş kiçik idi. Yaxşı şeirlər yazardı. Amma bədahətən mənim kimi demirdi. Deməyinə deyirdi, amma çox yavaş. Səməd də deyirdi (Səməd Vurğunu nəzərdə tutur). Amma o, bədahətən Cəfərdən də yavaş deyirdi.

Bir əhvalatı danışmaq istəyirəm. Düzdü, belə şey mənə başucalığı gətirmir, amma yadıma düşübsə, gərək danışım. Bir gün Həsən Səyyarla səhər görüşdük. Başımız möhkəm ağrayırdı ( burada Vahid gecə içki içəndən sonra səhəri gün insanda yaranan məşhur vəziyyəti nəzərdə tutur). Dedim ki, gedək Məmmədəli Sidqinin yanına -Ordubadlı, çox yaxşı adam idi. Getdik, gördük ki, yerində yoxdu. Bir də gördük ki, Cəfər gəlir. Kefimiz kök oldu. Ondan bir 3 manat alacağdıq. O vaxtın 3 manatı da indiki pulla 40-50 manat edir. Hə, salam-əleykdən sonra 3 manatı dedim. Cəfər dedi ki, tələsmə, bir az gözlə, evdə Sona xanım hər şey hazırlayıb. Getdik, gördük doğurdan da Sona xanım yaxşı süfrə hazırlayıb. Cəfər evində qonaqlıq verməyi çox sevərdi. Amma biz yenə əl çəkmədik. Cəfər gördü ki, bir xeyri olmayacaq, onda mənə dedi ki, bir qafiyə deyəcəyəm, əgər sənin həmin qafiyəyə qoşduğun misralar xoşuma gəlsə, sənə 3 manatı verəcəyəm, gəlməsə, yox! Dedim ki, Cəfər, sən bilirən ki, mən hər vəziyyətdə bədahətən söz deyirəm. Nəyisə, qafiyəni dedi, mən də “Zalımın fitri-fəsadından Allah saxlasın” misrası ilə başlayan qəzəli o qafiyənin ardınca dedim. Bu Cəfərin çox xoşuna gəldi. Cibindən şax onluq çıxarıb mənə verdi. Səhərdən 3 manata görə, arxasınca düçmüşdük, onu vermirdi. Amma bir qəzəldən sonra şax onluq çıxarıb verdi”.

Lacin.info
Tarix: 9-09-2016, 13:48
Baxış: 1895



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Народ кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
      даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
      Читайте статья по настройке компа здесь.
      Видео по установке и настройке смотрите тут.
      Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu